Yüksək təzyiq zamanı hansı qidaları yemək tövsiyə edilmir
Müəllif: Admin
Tarix: 7-04-2021, 21:41
Yüksək təzyiq zamanı hansı qidaları yemək tövsiyə edilmir
Əkşn on Solt (Action on Salt) cəniyyətinin tibb mütəxəssisləri, yüksək qan təzyiqi olan insanlara, tərkibində yüksək səviyyədə duz olan qidalardan və qurudulmuş ətdən pəhriz etməyi tövsiyə edir.

Mütəxəssislər müəyyən qidaların qan təzyiqi səviyyəsinə böyük təsir göstərdiyini qeyd edir.

"Deyerler.org"un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bir çox ət məhsulunun yüksək miqdarda duz ehtiva etməsi qan təzyiqinə mənfi təsir göstərə bilər və ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər.

Mütəxəssislərin fikrincə, "delikates" sayılan qidaların qablarının üzərində az duz konsentrasiyalı olduğu yazılsa da, yüksək təzyiqli xəstələr üçün təhlükəli olan natrium maddəsi var.

Əkşn on Solt cəmiyyətinin qeyd etdiyi kimi, yüksək miqdarda duzun qəbulu bədənin natrium balansını pozur, nəticədə maye yığılır və daha sonra yüksək qan təzyiqi yaranır.

Gündəlik duz istehlakının əsas mənbəyinin çörək və kökə, sendviç, kolbasa məmulatları ət məhsulları olduğu qeyd olunur.

Oxşar xəbərlər
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930