Çay hansı halda xərçəng xəstəliyi riskini artırır?
Mьəllif: admin1
Tarix: 5-04-2021, 22:32
Çay hansı halda xərçəng xəstəliyi riskini artırır?
Türkiyə alimləri çayın qaynar halda içilməsinin zərərləri barədə xəbərdarlıq edib.

Qastroenterologiya sahəsi üzrə mütəxəssis Vedat Geralın dediyinə görə, çayın müntəzəm olaraq 65 dərəcə tempraturdan yuxarı qəbul edilməsi yemək borusu xərçənginə tutulma riskini artırır.

Alimlər Türkiyədən, Çindən, Qazaxıstandan, Tacikistandan və Özbəkistandan olan 50 min nəfər üzərində illər boyu apardığı müşahidələr zamanı belə nəticəyə gəlib.

"Deyerler.org"un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, alimlər, bundan əlavə qeyd ediblər ki, qaynar çayı soyuq su ilə içmək, qida borusunda xora xəstəliyinin əmələ gəlməsinə və kəskin qastritin yaranmasına səbəb ola bilər, bu isə xərçəngin inkişafına yol açır.

Həkim əsasən genetik meylin xərçənginin inkişafına səbəb olduğunu, lakin qaynar çayın xəstəliyin aktiv mərhələyə keçməsi üçün bir təkan ola biləcəyini vurğulayıb. Siqaret çəkmək və içki içmək təkan verici amillərə daxildir.

Daha əvvəl qərb alimləri, yaşıl çayın xərçəkg əleyhinə olan “p53” zülal səviyyəsini artırdığını aşkar edib. Bu zülal DNT-nin bərpası üçün hüceyrələrin böyüməsini dayandırmaq daxil olmaqla, bir neçə şiş əleyhinə funksiyaya malikdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930