Çayı nə ilə içmək olmaz?
Mьəllif: admin1
Tarix: 3-12-2019, 10:38
Çayı nə ilə içmək olmaz?
İstənilən çayı limon və ya mürəbbə ilə içmək olar, amma digər hallarda qarışımlar ziyanlı ola bilər.

Maide.Az Trend-ə istinadla xəbər verir ki, bunu rusiyalı dietoloq Yelena Solomatina deyib.

O bildirib ki, çayın tərkibində antioksidantlar mövcuddur və bu, ürək-damar sisteminə, görmə qabiliyyətinə müsbət təsir göstərir, eləcə də bəzi şişlərin yaranmasına mane olur.

Qeyd olunur ki, çayı südlə çox içmək məsləhət görülmür. Süd çayın tərkibindən faydalı antioksidantları neytrallaşdırır və nəticədə mədədə qıcqırma yarana bilər.

Bundan başqa, çaya bal qatmaq da məsləhət görülmür. Bu prosesin orqanizmə ziyanı olmasa da, heç bir xeyri yoxdur.

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31