Dəri xərçənginə tutulmamağın effektiv yolu
Mьəllif: admin1
Tarix: 5-08-2019, 22:41
Dəri xərçənginə tutulmamağın effektiv yolu
Braun Universitetinin alimləri bildirir ki, A vitaminin qəbulu dəri xərçəngi riskini aşağı salır. Tədqiqatda 75 min tibb bacısı və 50 min kişi tibb işçisi daxil olmaqla, 125 min insan iştirak etmişdir.

"Deyerler.org"un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, A vitamininin yüksək dərəcəsi bədxassəli şişin yaranma riskini təxminən 15% aşağı salır. Vitaminlərin əsas hissəsi qidayla qəbul edilib.

A vitamini əsasən şirin kartofda, kökdə, noxudda şirin qırmızı bibərdə, brokkolidə, ispanaqda, süd məhsullarında, balıqda, ətdə olur.

Vitaminlər eyni zamanda, bədənində çoxsaylı xalları olan, yeniyetmə və ya uşaqlıq dövründə günəş şüası yanıqlarına məruz qalmış insanlar üçün də müdafiə xarakteri daşıyır.

Dəri xərçəngindən müdafiə olunmağın ən effektiv yolu kimi, günəş şüalarından kompleks şəkildə qorunmaq məsləhət görülür.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930