Liflə zəngin qidalar
Müəllif: Admin
Tarix: 16-02-2019, 20:34
Liflə zəngin qidalar
Bağırsaqlarınızda yığılan faydasız artıqlardan xilas olmağın yolu, lif ilə zəngin qidaları istehlak etməkdən keçər. Bir stəkan avokado 10.1 qram lif tərkibi ilə ürək sağlamlığını qorumağa kömək edir.

Sağlamlığımızı qorumaq və daha yaxşı hala gətirmək üçün əvvəlcə marketdə etdiyimiz alış-verişlərdə aldığımız qidalara diqqət etməliyik. Çünki sağlam həyatın ilk addımı doğru qidalanmaqdır.

Toyuq

Yağsız zülal üçün yaxşı bir qidadır. Bundan əlavə, B vitaminləri və selenium ilə doludur.

Avokado

Lif ilə zəngin qidalar deyincə ağla gələn adlardan biri avokadodur. Stəkan tutumuna 10.1 qram lif ehtiva edir. Avokadoların lif tərkibi, növünə görə dəyişir.

Parlaq yaşıl, hamar səthli avokadolar ilə daha kiçik və daha tünd olan arasında lif tərkibi baxımından fərqlilik vardır. Avokado həmçinin xolesterolu salmağa və ürək narahatlığı riskini azaltmağa köməkçi olan sağlam yağlarla zəngindir.

Eyni zamanda avokadonun bir boşqabında gündəlik folat dəyərinizin 10%-ni gündəlik B5 vitamini dəyərinizin 15%-ni tapa bilərsiniz.

Kokos

Kokosun adını tez-tez eşidirik. Bir stəkan kokosun cəmi lif nisbəti 7.2 qramdır. Kokosda aşağı glisemik indeks vardır və pəhrizə daxil edilməsi olduqca asandır.

Əncir

Bir qab əncir 14 qram lif ehtiva edir. Əncir, zəngin bir antioksidant mənbəydir və əvvəlcədən qəbizlik problemini aradan aparmaq üçün təklif edilir. Qurudulmuş əncir və təzə əncir yaxşı bir lif mənbəyidir. Lifin faydalarına əlavə olaraq daha aşağı qan təzyiqi təmin edir və sarı nöqtə xəstəliyinə qarşı da qoruyur.

Qarpız

Qarpız çox şəkərli bir meyvə deyil. A və C vitaminləri, kalium və maqnezium üçün yaxşı bir mənbədir. Bir stəkan doğranmış qarpız 11.5 qram karbonhidrat və 0.6 qram lif ehtiva edir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930