Ürəyin sağlamlığını qoruyan qida
Mьəllif: admin1
Tarix: 4-05-2018, 22:09
Ürəyin sağlamlığını qoruyan qida
Ekspertlər paxlalı bitkilərin ürək üçün faydalı olması qənaətindədirlər. Paxlalı bitkilərin tərkibində xeyli miqdarda zülal və sellüloz var.

Alimlər paxladan hazırlanan yeməklərin üstünlük təşkil etdiyi pəhrizin qanda xolesterinin azalmasına müsbət təsirini təsdiqləyirlər.

"İslaminSesi.info" AZƏRTAC -a istinadən bildirir ki, Kolorado Universitetinin (ABŞ) əməkdaşları piylənmədən əziyyət çəkən siçanların rasionuna lobya əlavə ediblər. Təcrübə ərzində gəmiricilərin çəkisi nəzərəçarpan dərəcədə azalıb.

Bununla belə, üzərində təcrübə aparılan heyvanlarda lobya pəhrizi xolesterinin miqdarını aşağı salıb. Siçanların ürək-damar sisteminin ümumi vəziyyəti də xeyli yaxşılaşıb.

İkinci tədqiqatın gedişində alimlər paxlalı bitkilərin ikinci tip diabet xəstələrinə təsirini dəyərləndiriblər. Məlum olub ki, paxladan istifadə orqanizmi sərbəst radikalların zərərverici təsirlərindən qoruyur və lipidlərin qıcqırması ilə bağlı olan toxumaların zədələnməsini azaldır. Bu, ürəyin sağlamlığına müsbət təsir göstərir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031