Şəfa mənbəyi - şabalıd qabığı
Müəllif: Admin
Tarix: 13-03-2018, 21:42
Şəfa mənbəyi - şabalıd qabığı
Soyuq günlərdə bol miqdarda istehlak edilən şabalıd bağırsaqları işlədir, ürək sağlamlığını qoruyur. Lakin qabığı da bir o qədər faydalıdır.

Şabalıd, C, B1 və B2 vitaminləri baxımından olduqca zəngindir. Eyni zamanda çox fərqli uçucu yağlarla birlikdə zülal, kalium, fosfor, kalsium, maqnezium kimi maddə və minerallar ehtiva edir.

Yüksək qızdırmanı salmağa kömək edir. Sakitləşdirici xüsusiyyətilə stress və depressiya kimi problemlərin qarşısını alır. Hüceyrələrin erkən yaşlanmasına əngəl olur. Mədə xəstəliklərini yüngülləşdirir. Alzheymer xəstəliyinin qarşısını alır.

Şabalıdın qabığı da bir o qədər faydalıdır. Şabalıd qabıqlarını qaynadaraq əldə edəcəyiniz su, içilərək istifadə edilə bilər. Bu suyun faydalarını belə sıralaya bilərik:

- Əzələ sistemində orqanizmin su səviyyəsini təşkil edib, bununla yanaşı qanazlığına qarşı yaxşı təsir edir.

- Zehni və fiziki olaraq yorğunluqlara qarşı çox yaxşı təsir edir.

- Hər 100 qramında kifayət qədər C vitamini var. Bununla yanaşı şabalıddakı kimi natrium, kalium, zülal və şəkər ehtiva edir.

- Şabalıd qabığından suda qaynadılaraq hazırlanan mhlulun təsirli dərəcədə qızdırma salıcı xüsusiyyəti var.

- Qabıqlar püre halına gətirilib, balla qarışdırılsa, iştahsız uşaqların, iştahını açdığını görəcəksiniz.
Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31