İnfarktdan qorunmağın ən sadə yolu
Mьəllif: admin1
Tarix: 14-02-2018, 14:49
İnfarktdan qorunmağın ən sadə yolu
Alabama Universiteti (ABŞ) alimləri ürək tutması və infarktın riskini azaltmaq üçün qidalanmada cüzi dəyişikliyi tövsiyə edir.

Saglamolun.az xəbər verir ki, alimlər ürəyi qorumaq üçün hər gün 1-2 banan yeməyi məsləhət görür. Kaliumla zəngin olan banan damarların sağlamlığını və elastikliyini qoruyur ki, bu da infarkt və ürək tutması riskini azaldır.

Mütəxəssislər siçanlar üzərində bir sıra eksperiment aparıb. Bir qrup siçan ürək-damar sistemi xəstəliklərinin riskini artıran yağlı qida ilə yanaşı kalium alıb, digər qrup isə yox.

Eksperimentin sonunda məlum olub ki, kalium alan siçanların damarları daha sağlam və elastikdir.
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30