Yaddaşı inkişaf etdirən süni beyin parçası
Mьəllif: admin1
Tarix: 11-12-2017, 21:57
Yaddaşı inkişaf etdirən süni beyin parçası
Cənub Kaliforniya Universitetinin biomedika mühəndisi Teodor Berger, insan yaddaşını inkişaf etdirə biləcək bir cihaz yaratmaq üçün araşdırmalar aparır. Bu məqsəd üçün, beynin xatırlama funksiyasını yerinə yetirən hipokampus bölgəsinin süni bir versiyasını yaradan Berger, bu cihazını hazırlamaq üçün əvvəlcə heyvanlarla işlədi.

Dovşanlar üzərində apardığı bir təcrübədə əvvəl bir melodiya çalıb, sonra dovşanların üzünə hava üfləyən alim, bir müddət sonra dovşanların yalnız melodiyanı eşitdiklərində gözlərini qırpdıqlarını gördü. Bu da dovşanların melodiya və hava əlaqəsini öyrəndiklərini, bu məlumatı uzun davamlı yaddaşa atdıqlarını göstərirdi.

Bu müddət ərzində dovşanların beyin fəaliyyətlərini yazan araşdırmaçı, neyronların bu məlumatları bir kod kimi hipokampusa təqdim etdiyini və hipokampusun bu məlumatları dəyişdirərək uzun davamlı yaddaşa köçürdüyünü gördü. Qısa davamlı yaddaş ilə uzun davamlı yaddaş arasındakı kodlaşdırma fərqlərini araşdıran Berger, hipokampusun etdiyi dəyişiklikləri riyazi olaraq ifadə etməyi bacardı.

Berger, cihazın insanlar üzərində də işə yaraya biləcəyini düşünür, ancaq beynin kompleks quruluşunun yalnız 100 ədəd elektrodu olan bir cihaz ilə təqlid edilməsinin çox çətin olduğunu vurğulayır.
Kernel adlı bir gənc, Bergerin cihazını insanlar üçün istifadə edilə bilər hala gətirib satışa təqdim etmək üçün işlərə başladı. Uzun vədəli hədəflər arasında bu cihazın yaddaşın xaricində diqqət, yaradıcılıq və mərkəz kimi sahələrdə də beyni inkişaf etdirməsi məqsədi daşıyır.

Kernelin hələ çıxarılmamış olan cihazının nə kimi tənzimləmələrə məruz qalacağı isə müəyyən deyil. Cihaz bir protez olaraq tibbi vəsait daxilində qiymətləndirilə bilər. Ya da yaddaş gücləndirici dərmanlar kimi istehlak vəsaiti əhatəsinə də daxil ola bilər.
Deyerler.org

Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031