Səhər yeməyini yeməyənləri CİDDİ TƏHLÜKƏ GÖZLƏYİR
Mьəllif: admin1
Tarix: 8-05-2017, 21:50

 Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, səhər yeməyindən imtina edən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artmış olur.

Səhər yeməyindən imtina mübadilə proseslərini pozur və həmçinin qan dövranını ləngidir. Qan dövranının ləngiməsi ilə damarlarda trombların əmələ gəlməsi riskini artırır.

Mübadilə proseslərinin pozulması nəticəsində qanda xolesterolun səviyyəsi artır ki, bu da aterosklerozun inkişafını sürətləndirir. Ateroskleroz bütün dünyada ürək-damar sistemi xəstəliklərinin ilk səbəbidir.

Digər elmi araşdırmalar göstərir ki, səhər yeməyindən imtina edən insanlarda piylənmə və şəkərli diabetinin riski artır.

Beləliklə, insan sağlamlığı üçün tamdəyərli səhər yeməyi olduqca vacibdir.




Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031