Yaz aylarının ən faydalı 6 qidası
Mьəllif: admin1
Tarix: 8-05-2022, 10:34
Yaz aylarının ən faydalı 6 qidası
1. Təzə paxla

Böyrək funksiyalarını qaydaya salır və immuniteti gücləndirir. Lutein məzmunuyla göz sağlamlığını qoruyur.

2. Təzə sarımsaq

Kirəclənməyə qarşı faydalıdır. Xolesterolu aşağı salmaq təsirinə malikdir. Ürəyin sağlamlığını qoruyur. Arıqlamağa kömək edir. Bədəndə olan iltihablanma və infeksiyalara qarşı yaxşı təsir göstərir. Zəhərlənmələrə qarşı faydalıdır. Saç tökülməsinin qarşısını alır.

3. Təzə soğan

Soğanda olan adenozin, laxta meydana gəlməsini qarşısını alaraq infarkt riskini azaldır. Soğan həmçinin HDL səviyyəsini artırır. Yüksək qan təzyiqinin də qarşısını almağa kömək edir.

4. Alça

Lif baxımından zəngin olduğundan, həzmin nizamlanmasını təmin edir. Antioksidantlar sayəsində hüceyrələri qoruyur.

5. Çiyələk

Gündəlik C vitamini ehtiyacının çox hissəsini ödəyir. Xəstəliklərə qarşı müqaviməti artırır. Ürək və damar sağlamlığını qorumağa kömək edir. Manqan məzmununa görə, sümük sağlamlığını qoruyur.

6. Limon

Yüksək təzyiq, diş problemləri, qızdırma, qəbizlik, həzmsizlik, boğaz infeksiyalarının qarşısının alınmasında faydalıdır. Bundan başqa saç və dəri problemlərinə qarşı da əhəmiyyətli bir qidadır.


Deyerler.Org
Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031