Ayətullah əl-üzma Məkarim Şirazi iqtisadi müqavimətdən danışıb
Mьəllif: admin1
Tarix: 17-04-2014, 04:01
Bцlmə: Məqalələr » Maarif
Ayətullah əl-üzma Məkarim Şirazi iqtisadi müqavimətdən danışıb


İstehlak nümunəsində dəyişiklik və xalqın qənaəti iqtisadi müqavimətin yerinə yetirilmə şərtidir

İslamazeri.az-ın “İqna”-ya istinadən verdiyi xəbərə görə, Ayətullah Məkarim Şirazi ümmətin pis adamlarının naz-nemət içində qərq olub, ac və məhrum kütlədən xəbərsiz olanların mövcudluğunu bildirərək deyib: “İsrafçılığın qarşısı alınmadığı təqdirdə, ilahi lütf bizə şamil olmayacaq. Allah eləməsin ki, bu məsələlərlə mübarizə edənlərin özləri də fəsad əhli olsunlar.”

Təqlid mərcəsi Əyyami Fatimiyyə günlərinə də toxunub:"Birinci və ikinci Əyyami Fatimiyyə (Həzrət Fatimənin (ə) şəhadət günləri) çox önəmlidir, əgər bu iki mərasim arasında günahdan kənar digər mərasim olarsa, eybi yoxdur. Məzhəblər arası ixtilaflı mövzular Fatimiyyə əza mərasimlərində danışılmasın. Vəhabilər və təkfirçilər bu günləri solğun olmasını istəyirlər, amma biz gərək çalışaq ki, müsəlmanlar arasında düşmənçilik yaradan məsələləri deməyək və digər məzhəblərin müqəddəslərinə təhqir olunmasın."

Məkarim Şirazi iqtisadi müqavimət haqqında da danışıb:"Dövlət tək başına iqtisadi və mədəni çətinlikləri həll edə bilməz. Heç bir ölkədə önəmli bir işi millətin müşayiəti olmadan görmək olmaz. Bu çətinliklərlə mübarizə etmək üçün xalq gərək qənaət edərək, bu işdə həmkarlıq etsin. Ən önəmli məsələ iqtisadi müqavimətdir və onun ilk şərti istehlak nümunəsində dəyişiklik və xalqın qənaət etməsidir."

Təqlid mərcıəsi sonda nüvə məsələsinə də işarə edib:"Hələki nüvə məsələsi bitməyib, amma başqa məsələlərdən və hərbi mərkəzlərdən söhbət edirlər. Bunlar uşaqcasına olan bəhanələrdir. Bu bəhanələr onların mahiyyətini göstərir."
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930