Ayətullah Məkarim Şirazi məhkəmə və hakimlərdən danışdı
Mьəllif: admin1
Tarix: 17-04-2014, 03:22
Bцlmə: Məqalələr » Maarif
Ayətullah Məkarim Şirazi məhkəmə və hakimlərdən danışdı


"Əgər məhkəmə sistemi düzgün işləyərsə, cəmiyyətdə islah olar"

İslamazeri.az-ın "İRNA"-ya istinadən verdiyi xəbərə görə, təqlid mərcilərindən ayətullah Məkarim Şirazi, məhkəmə sistemindən, məhkəmələrin topluma müsbət və mənfi təsirlərindən danışıb.

Ayətullah Mekarim Şirazi deyib: "Məhkəmə hər bir cəmiyyətin ən əhəmiyyətli təşkilatıdır. Əgər məhkəmə sistemi düzgün işləyərsə, cəmiyyət də islah olar. Əgər məhkəmə sistemi pozularsa, cəmiyyəti da pozar və fəsad yaranar.

İmam Əli (ə) bu həssas vəzifəni öhdəsinə götürmüş səxslərdə bir neçə xüsusiyyətlərin olmasına diqqət çəkib. Hakimlər nəfsini islah etmiş, təqvalı şəxslər olmalıdır və şübhəli məsələlərdə ehtiyyatlı davrana bilən ruha sahib olmalıdılar.

İddia sübut edildikdə, hakim tərəddüd etmədən hökm verməlidir. Vəsvəsəli bir hakim vəzifəsini yaxşı yerinə yetirə bilməz. Hakim yaltaqların sözlərindən təsirlənməməlidir, yalan və şişirdilmiş sözlərə aldanmamalıdır və vəzifəsini yerinə yetirərlən bütün dəlilləri diqqətlə araşdırmalıdır.

Dini təlimlərdə hakimlərin ac, yuxulu və ya əsəbi olarkən hakimlik kürsüsünə oturdulmamaları vurğulanıb. Zira bu hallar onun qərarına təsir edə bilər. Hakimlər bazardan özləri alış-veriş etməməlidilər. Əgər alış-veriş etməyə məcburdursa, onları tanımayan satıcıları seçməlidirlər. Hakimlərin birbaşa ünsiyyəti rüşvətə və bu kimi məsələlərə səbəb ola bilər.

Hakim mühakimədəki tərəflərdən heç birinin "qonaq çağırma" təklifini qəbul etməməlidir. Tərəflərə münasibəti və rəftarı bərabər olmalı, tam mənada ədalətli olmalıdılar."

Ayətullah Məkarim Şirazi hakimlərin məqamına işarə edərək deyib: "Bütün çətinliklərə baxmayaraq hakimlərin Allah qatında məqamı ucadır. Hakim cihad meydanında döyüşən mücahid kimidir, hərçənd hər an özünə doğru atılmış oxa tuş gələ bilər.
"Əməllərrin ən fəzilətlisi ən müşkül (çətin) olanıdır." hədisinə diqqət etsək məhkəmə ilə əlaqədər çətinliklər nə qədər çox olsa, göstəriləcək diqqət və zəhmətin mükafatı o qədər çox olacaq.
Hz Məhəmməd (s) hər gün evdən çıxarkən, "Ya Rəbbim məni bir an belə nəfsimə buraxma" deyə dua edərdi. Bizlər də uca peyğəmbərimizi nümunə bilməli, nəfsimiz məsələsində son dərəcə diqqətli olmalıyıq.
Hz Əli (ə) də "Zəiflərinin haqqı zalımlardan qətiyyətlə alınan bir millət səadətə qovuşar." deyə buyurur."

islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930