Günahkarın tövbəsinə Uca Allah necə sevinir?
Mьəllif: admin1
Tarix: 27-05-2020, 00:30
Günahkarın tövbəsinə Uca Allah necə sevinir?
“Bir neçə ildir ki, Allahdan uzaq düşmüşəm. Belə fikirləşirəm ki, Allah məni sevmir. Bu da etdiyim günahlara görədir. Sizin nəzərinizə görə Allah məni bağışlayar?”.

Bizlərdən bir çoxu anamınız sevgisini və məhəbbətini dadmışıq. Ananın sevgi dolu qucağı həmişə övladına açıq olar. Ancaq bu mehriban ana belə bəzən övladının tənbəlliyinə, itaətsizliyinə və dəcəlliyinə görə onu tənbeh edər. Əlbəttə bu tənbehin özü də sevgi üzündən olar.

Ananın sevgisi İlahi sevgi dənizinin bir damcısıdır. Allah öz bəndələrini bir anadan dəfərlərlə çox sevir və nəvaziş edir. Onlara yardım etmək üçün heç bir şeyi əsirgəmir. İnsanlara fitrət verib ki, Allahı sevsinlər, ağıl vermişdir ki, yollarına çıraq olsun. Peyğəmbərlərini (ə) və Övliyalarını (ə) göndərmişdir ki, rəhbərləri olsun.

Bu cahil bəndələrdir ki, Allahın verdiyi bu nemətləri öz yerində itifadə etmir. Bu məharətlərdən günah və pis işlər görməkdə faydalanır. Get-gedə mehriban Allahdan uzaqlaşar. Günah qəlbimizdə Allaha qarşı ümidsizlik yaradar. İnsan belə təsəvvür edər ki, Allah dərgahında bir daha yeri yoxdur. Bu ümidsizlik isə günü-gündən onu daha çox günah işlətməyə sövq edər.

Halbuki, Allah buyurur: “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).

Başqa yerdə buyurulur: “Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun”. (“Zumər” 54).

Cinayətkarların rəftarına nəzər salan zaman görmək olur ki, onlar kəbirə günah işlədən zaman nə qədər peşman və narahat olarlar. Halbuki, qayıdış yolu onların üzünə həmişə açıq olur. Özlərini o qədər günahkar hesab edirlər ki, heç bir su ilə pak olmayacaqlarını sanarlar. Ona görə də soruşarlar ki, mənim günahım bağışlanarmı?

Allah hər birimiz üçün dağılmaz bir körpü qərar vermişdir ki, bu da tövbədir. Bu insanlar tövbəyə hazır olarlar, ancaq günahlarının bağışlana biləcəklərinə ümid bəsləməzlər. Xüsusilə də əgər dəfələrlə tövbə edib, onu sınıdırblarsa.

Halbuki, Allah Təala buyurur: “Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun”.

Tarixə nəzər salanda görmək olur ki, Vəhşi ən qatı cinayətkarlardan olmuşdu. Belə ki, Həzrət Həmzəni (ə) şəhid etmişdir. Ancaq müsəlman olmaq istəyən zaman tövbəsinin qəbul olub-olmamağından çox qorxur. Təfsirçilər deyir ki, bu ayə nazil olur və İlahi rəhmət qapıları Vəhşinin və onun kimilərin üzünə açılır.

İnsan gərək öz əməllərinə nəzarət etsin, haramlardan çəkinsin. Əgər günah işlədərsə, fasilə vermədən tövbə etsin. Allah bütün bəndələrini sevir. Hətta tövbə etmək istəyən günahkar bəndələrini də.

Allah buyurur: “Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir”. (“Bəqərə” 222).

Allah bəndələrinin tövbəsini çox sevər. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Allah, bəndəsinin tövbəsindən, gecəninin qaranlığında öz miniyini və azuqəsini itirib, sonra da onu tapan insanın sevincindən də çox şad olar”.

Əgər insan xeyir işlər görərək tövbə edərsə, şübhəsiz ki, İlahi lütfə şamil olar. Belə ki, Allah buyurur: “(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar)”. (“Furqan” 70).

İnsan tövbə edən zaman ruhunda qəribə dəyişikliklər baş verər. Bu inqilaba görə daxilində olan pis hisslər gələcəkdə həsənəyə çevrilər. Bu İlahi tofiqə iman və tövbə sayəsində nail olar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031