İkinci mehrab şəhidi Ayətullah Mədəni
Müəllif: admin1
Tarix: 17-04-2014, 01:31
Bölmə: Məqalələr » Maarif
İkinci mehrab şəhidi Ayətullah Mədəni


Tehran Radiosu-İkinci mehrab şəhidi Ayətullah Mədəninin vəfatından 32 il keçir

Ayətullah Mədəni etibarlı və hörmətli şiə simalardan olub, İran və İraqda böyük şöhrətə malikdir və Nəcəf dini elmlər mədrəsəsində tanınmış müəllimlərdəndir.

O böyük alim yorğun və yaşlı görünsə də, cümə namazlarında kafirlər və müşriklər əleyhinə atəşin çıxışlar edər, İran xalqını birliyə, həmrəyliyə dəvət edərdi.

Ayətullah Mədəni son namaz mehrabında, Təbrizin müsəlman və namazqılan əhalisi qarşısında bir daha düşmənlərə xitabən dedi: Əli yalın tankların üzərinə yeriyən İran xalqı bir ovuc quldurdan başqa bir şey olmayan sizlərin qarşısında dayanmayacaq və İnqilab maşınını irəliyə doğru hərəkət etdirəcək.

Ayətullah Mədəni çox ibadət edər, namaz qılar, oruc tutar, şükür səcdəsi edərdi. O, həmişə bu duanı edərdi: İlahi! İlahi! Mənə şəhadət feyzini nəsib et!

Şəhid Mədəni Azərbaycan müsəlmanları xüsusilə Təbriz əhalisi arasında sevilən bir şəxsdir. Qədirbilən təbrizlilər onun məqamını uca tuturlar.

Şəhid Mədəni ayaq basdığı hər yerdə, İslam İnqilabından öncə İran xalqı, sürgündə olduğu zaman və İslam İnqilabından sonra məktəb, məscid, klinika, kredit fondu və sair yadigarlar özündən qoyardı. Özünü İran xalqına vəqf etmişdi və heç bir səyi əsirgəmirdi.

Həmədan, Xörrəmabad, Təbriz və hətta sürgündə olduğu (Həmədan, Nurabad Məməsani, Qonbəde Kavus, Bəndər Kəngan və Mahabad) və ya müvəqqəti olaraq baş çəkdiyi məkanlarda o cümlədən Qəzvində özündən iz buraxıb.
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031