İbadət fitri keyfiyyətdir
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:34
Bцlmə: Məqalələr » Maarif
İbadət fitri keyfiyyətdir


Allah-taalaya ibadət insanı əbədi səadətə, mütləq həqiqətə şahidlik
məqamına qovuşdura bilən yeganə Allahdangəlmə zati və irsi əxlaqi
keyfiyyətdir. Allah-taala təkcə insanı deyil, yaratdığı butun varlığı,
ibadət etməyə məhkum etmişdir. ALLAHDAN BAŞQA İBADƏT ETMƏYƏN VARLIQ
YOXDUR. "Göylərdə və yerdə kim varsa, (özləri də) kölgələri də
səhər-axşam istər-istəməz Allaha səcdə edər!" (Rəd, 15, Nəhl, 49). "Elə
bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz
onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız." (İsra,
44). "Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha)
təslim olmuşlar..." (Ali-İmran, 83). Varlıq oluşunu davam etdirməsi üçün
bir-biri ilə bağlı olan minimal saylı universal fundamental
superkonstantlarla - böyük sabitlərlə (t.e.n., Kosinov N.V.), varlığı
saxlayan qanunlarla ALLAHA İBADƏT HALINDADIR. Yəni Allah-taala
yaratdıqlarının mövcudluğunun ayrılmaz zati şərti və heç vaxt dəyişməyən
xassələrı ilə onları Özünə əbədi qul, Özünə tabe, yəni fasiləsiz ibadət
halında yaratmışdir. Bu qanunun pozulması, yəni ibadətin tərki bütün
yaradılmışın məhvi, yox olması deməkdir. İbadətin bəzisi ixtiyarsız,
bəzisi isə ixtiyari olaraq yerinə yetirilir. Canlılar və insan da bu
qanundan istisna deyillər və həm bu cür təkvini(fitrətdə yaratdığı), həm
də təşrii (şəriət qaydalarındakı) ibadətin insan və cinə aid olması
Qurani-kərimdə xüsusi olaraq vurğulanmışdır: “Mən cinləri və insanları
yalnız Mənə ibadət etmək üçün yaratdım.” (Zariyat, 56). Fitrətindəki
məcburi ibadət meylindən heç kim heç cür çıxa bilməz, çünki Yaradan
ibadəti bütün varlığın, həmçinin, insanın zatının ayrılmaz xassəsi
etmişdir; o, hökmən nəyəsə ibadət etməlidir.

Pərviz Piriyev
Haqqyolu.com
www.Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031