PEYĞƏMBƏRIN (S) SON HƏCC ZIYARƏTI
Mьəllif: admin1
Tarix: 9-04-2014, 18:02
PEYĞƏMBƏRIN (S) SON HƏCC ZIYARƏTI


Həzrəti Peyğəmbər (s) hicri onuncu ilin Zilqədə ayının 25-də əmr etdi ki, camaata belə elan etsinlər: «Allahın Peyğəmbəri (s) Allah evini ziyarət etməyə gedəcək və hər kimin könlündən keçsə onunla bərabər gedə bilər».
Bu xəbəri eşidən hər bir kəs həyəcanlandı və minlərlə müsəlman bu səfərə könüldən hazır olduqlarını bildirdi. Rəsuləllah (s) Əbu Dəcanəni Mədinədə özünə vəkil seçib əshabı ilə birlikdə yola düşdü. On gün sonra Məkkəyə çatbı həcc əməllərini yerinə yetirdilər. Peyğəmbər (s) hər gün xalq üçün nitq söyləyib onları dində sabit qalmalarına, eləcə də bu dinə sıx bağlılığa çağırırdı. Həcc ziyarəti sona yetdi. Onlar həmin ayın 18-də cümə axşamı Xum vadisinə çatdığında Cəbrail Allahdan xəbər gətirib dedi ki, Əli (ə) özündən sonra xəlifə təyin etmək məsləhətdi. Bu öhdəliyi yerinə yetirmək üçün Peyğəmbər (s) hamını çağırıb belə buyurdu: «Peyğəmbər sizinlə əhəmiyyətli bir məsələ haqqında danışacaq hamı gəlsin».

Gəldilər! Böyük izdiham Qədr diyarına çatanda günəş öz isti nəfəsi ilə ucu-bucağı görünməyən qumsallığı qovurur, istidən adamın nəfəsi kəsilirdi. 120 mindən artıq sayı olan insan dəstəsi Peyğəmbərin əmri ilə ayaq saxladı və bir yerə toplaşdı. İstinin təsirindən ayaqlarının altına atdılar ki, qızmar qum ayaqlarını qarsımasın. Qalan hissəni isə günəşdən qorumaq üçün başqalarına tutmuşdular. Müəzzinin təkbir səsi ilə mömin müsəlmanlar Zöhr namazını ətrafına toplaşan camaatla birgə qıldı. Tarixçilər qeyd edir ki, Qədr diyarı heç zaman belə bir əzəmətli toplanış görməmişdi... Namaz sona yetdi. Burada namaza duranlar Peyğəmbər (s) arxasında dayandıqları və onunla birlikdə Allah dərgahına əl qaldırıb dua etdikləri üçün sevinir və şükür edirdilər. Namazdan sonra Peyğəmbər (s) camaatın içinə gəldi. Adamlar tərəfindən dəvələrin palan və kəcavələrindən hazırlanmış üç pilləli təpəciyin üzərinə qalxaraq uca səslə bir xütbə oxudu. Xütbə sona çatan kimi üzünü camaata tutub dedi:
«Ey camaat! Yaxın vaxtlarda mən Haqqın dəvətinə ləbbeyk deyib sizin aranızdan gedəcəyəm. Qədr-xum çölündə baş vermiş bu hadisəni gələcək nəsillərə çatdırmaq üçün mən və bura yığışanların hamısı məsul və cavabdehdir. Elə ona görə də sizdən soruşuram: Mənim barəmdə nə fikirləşrsiniz? Belə olan halda ora yığışanlar bir ağızdan dedilər: «Şəhadət veririk ki, Sən Allahın dinini təbliğ etdin, bizi doğru yola çəkib xeyirxahlığa çağırdın. Bu yolda olmazın əziyyətlərə qatlaşıb, çox çalışdın. Allah Sənə gözəl mükafat versin!»»
Dostlarının bu sözündən sora Peyğəmbər (s) buyurdu: «Siz şəhadət verirsinizmi ki, Allahdan başqa bir məbud yoxdur, Məhəmməd Allahın bəndəsi və Rəsuludur?» Hamı bir ağızdan cavab verdi ki, bəli, şəhadət veririk! Onda Peyğəmbər (s) sözünə davam edərək dedi: Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Bu iki əmanət ilə siz necə rəftar edəcəksiniz?
Adamlardan biri sual etdi ki, bu iki əmanəti qoymaqda məqsəd nədir? Bunlardan hansı əsasdır? Onda Peyğəmbər (s) cavab verdi ki, bunlardan biri, yəni ən ağır olanı Allahın kitabı olan Qurani-Kərimdir. Onun bir tərəfi Allahın əlində, o biri tərəfi isə sizin əlinizdədir. Bu kitaba cəng vurun ki, yolunuzu azmayasınız. İkincimi isə mənim Əhli-Beytimdir. Allahım mənə bəyat etmişdir ki, mənim sizə buraxdığım bu iki yadigar Qiyamət gününə qədər bir-birindən ayrılmayacaq. Ey camaat! Allahın kitabından və mənim itrətimdən qabağa keçməyin və o ikisindən geri qaylmayın ki, nəticədə məhv olmayasınız».
Sonra Peyğəmbər (s) çıxdığı uca, yeganəliyi ilə mövcudata yaxın səltənətində yenilməz və qüdrət rüknləri əzəmətli olan Allah üçündür. Hərəkət etmədən və yer dəyişmədən onun elmi bütün şeyləri əhatə etmişdir. Qüdrət və burhanı ilə bütün yaranmışlara qalibdir.
Böyüklüyü daimi, həmd və sitayişi həmişəlikdir. Yaratdığına və icad etdiyinə yetirən və artırandır. O, gözləri görür, gözlər isə onu görmür.
Gizlin mətləbləri bilir, batində olanlara elmi vardır. Bacarıq və qüdrəti hər şeyə yetərli, hər şeyə mövcud olmadıqları zaman varlıq verəndir. Şəhadət verirəm ki, müqəddəsliyi və paklığı aləmi bürümüş Allah odur. Nuru əbədiyyəti bürümüş Allah odur. Onun əmirləri məşvərətsiz olaraq yetərlidir. Şəriki yoxdur.
Yaratdı sonra mövcudat var oldu. İcad etdi, sonra aləm zahir oldu. Deməli odur o Allah ki, ondan başqa məbud yoxdur. Yaratdığı hər bir şey dəyərli və gözəldir.
Ədalətlidir, zülm etməz. Kərim bir zatdır ki, aləmin bütün işləri ona qayıdır. Şəhadət verirəm, O Allahdır ki, hər şey onun qüdrəti qarşısında təvazökarlıqla baş əyir və əzəməti qarşısında çox kiçikdir.
Ona çətin olan bir iş yoxdur. Layiqləri xəta və azmaqdan qoruyandır. Ona, onun kitablarına və rəsullarına inanıram, əmrinə qulaq asıb itaət edirəm, hökmünə boyun qoyub təslim oluram. Çünki itaətinə meylim var və əzabından qorxuram. Onun qarşısında bəndəliyimlə şəhadət verirəm ki mənə vəhy olunanları yerinə yetirəcəyəm.
İndi O mənə elan etdi ki, mnə nazil olanı çatdırmışam. Allah taala zəmanət verir ki, məni qoruyacaqdır. Onun qorumağı mənə kifayətdir. Mənə belə bir vəhy göndərmişdir:
Bağışlayan və Mehriban Allahın adı ilə:
Ey Peyğəmbər! Öz Rəbbinin tərəfindən sənə nazil olmuşu tamamilə camaata çatdır, çatdırmasan risalətini – sənə verilmiş peyğəmbərlik vəzifəsini yerinə yetirmiş olmazsan. Allah səni insanların şərindən qoruyacaqdır. Peyğəmbər (s) ayağının altındakı dikdiri yoxlayır kimi barmaqlarının ucunda bir az da qalxaraq hamı eşidə biləcəyi bir səslə dedi:
- Camaat! Agah olun ki, Allah taala Əlini (ə) sizə rəhbər təyin etmişdir. Onu sizə imam və öndər qərar vermişdir ki, onun sözünə baxmaq, əməllərini yerinə yetirmək vacibdir. Onun əmri hamı tərəyindən icra olunmalı, sözünə baxılmalıdır.
Onun dalınca gedən Allahın rəhmətinə doğru gedər. Onu qəbul və təsdiq edən mömindir: Onun sözünə baxmaq, ona itaət etmək Allahın bağışlanmasına səbəbdir.
Peyğəmbər (s) sözünə davam edərək dedi:
- Camaat! Sizin çoxluğunuzun qarşısında axırıncı dəfə çıxış edirəm. Sözümü qəbul edin. Allahdan sonra Məhəmməd (s) sizin peyğəmbəriniz və rəhbərinizdir. O Peyğəmbər ki, bu saat sizin hüzurunuzda dayanıb söz deyir. Məndən sonra isə Allahın əmri ilə Əli (ə) sizin başçınız və imamınızdır. Ondan sonra isə başçılıq və imamlıq, Qiyamətdə Allah və Rəsulu (s) ilə görüşənədək həmin züryətim, onun övladlarından olacaqdır.
Bilin ki, Allahın halal və haramından başqa halal və haram yoxdur. Allah halal-haramı mən tanıtdı və mən də Allahın mənə öyrətdiklərini, Quranın həqiqətlərini, halal-haramı Əliyə (ə) həvalə etdim.
Camaat! Əlidən ayrı düşünməyin və onun barəsində yolunuzu azmayın. Bilin ki, Əli (ə) Allaha və onun Rəsuluna (s) iman gətirən ilk adamdır. O, özünü Rəsuləllaha (s) fəda etdi. O, hər vaxt, hər zaman Rəsuləllahla (s) birlikdə oldu. Qəbul edin ki, Əli (ə) Allahın tərəfindən seçilən imamdır. Onu özünüzdən üstün tutun.
Camaat! Diqqət edin. Cəbrayıl Allah tərəfindən Məni bu işdən halı etdi ki, Əli (ə) ilə düşmən olan və onun vilayətini qəbul etməyənə mənim qəzəbim və lənətim olsun.
Rəsuləllahın (s) sözü bura çatanda öz əlini Əlinin (ə) biləyinə vurdu, o da əlini Rəsuləllaha (s) tərəf uzatdı. Peyğəmbər (s) öz qüvvətli əli ilə Əli (ə)-ın biləyindən tutub yuxarı qaldırdı və dedi:
Camaat! Bu Əli (ə) mənim qardaşım, vəsim və bilik xəzinəmdir. Ümmətə rəhbərlik və Allahın kitabının tərəfində mənim canişinimdir.
Mən Allahın göstərişi və əmri ilə deyirəm: İlahi! Əlini (ə) sevəni sev, onunla ədavət edənə düşmən ol. Onu inkar edənə lənət et. Onun haqqı barəsində özünü görməməzliyə vurana qəzəb et!
İlahi! Mənə nazil etmisən ki, özündən sonra imamlıq və rəhbərlik sənin vəlin Əliyə (ə) məxsusdur. İlahi! Sənin dediklərini yerinə yetirdim.
İlahi! Səni şahid tuturam ki, sənin əmrini təbliğ edib bəndələrinə çatdırdım.
Rəsuləllah (s) sonra üzünü camaata tutub dedi:
Camaat! O ulu Allah, onun imamlığı ilə sizin dininizi kamil etdi.
Camaat! Mən Peyğəmbərəm, Əli (ə) isə mənim vəsim və canişinimdir. Bilin ki, bizdən olan axırıncı imam qiyam edən və Mehdidir. Ayılın! O bütün dinlərə qalibdir və zalım olanlardan intiqam alandır.
Camaat! Allahın evinə gedin. Çünki ora gedən hər bir adam ehtiyacsız, ondan üz döndərən isə fəqir olar.
Camaat! Həcc edənlər Allah tərəfindən kömək olunmuş, onların bu yoldakı büdcələri yenidən öz yerinə qayıtmış olur. Allah yaxşı işlə məşğul olanların mükafatını zay etməz. Camaat! Həcci kamil din, bəsirət və anlayaraq yerinə yetirin.
Diqqətli olun! Sözlərimi bir daha təkrar edirəm:
Agah olun! Namazı bərpa edin, zəkatı verin.
Camaat! Hər kəs Allaha, onun Rəsuluna və dediyim imamlara itaət etsə, böyük bir doğruçuluğa nail olmuşdur.
Camaat! Əliyə beyət etməkdə, onu sevməkdə və ona Əmirəlmöminin ünvanı ilə salamlamaqda öndə gedənlər doğruçuluğa çıxanlar və qaliblərdir. Onlar üçün cənnət bağlarında xüsusi yerlər vardır.
Camaat! Mən yer üzündə iki ən mühüm və qiymətli şey qoyub gedirəm. Onlardan biri Qurani Kərim, o birisi isə mənim Əhli-Beytimdir. Bu iki qiymətli varlığa hörmət edib, itaət etsəniz Allahın kölgəsi heç vaxt üstündən əskik olmaz!

Hədis
Rəvayət olunur ki, Peyğəmbər (s) dünyadan köç edən vaxt əshabələrini cəm edib, onlara son vəsiyyətini söylədi. Ərz eylədi ki, camaat, mən Allahın əmri ilə yaxın günlərdə haqqın dərgahına qovuşacağam, sizin aranızda iki əmanət qoyub gedirəm. Əgər onlara iman gətirib hörmət etsəniz işiniz yaxşı olar, Allahın kölgəsi üstünüzdən əskik olaz. Bu əmanətin biri Allahın kitabı olan Qurani-Kərim, ikincisi isə haqq olan Əhli-Beytdir. Məndən sonra onlara iman gətirib, dediklərimə əməl edin.
Sonra Peyğəmbər (s) buyurdu ki, mənə halallıq verin. Əgər kimə isə borcum qalıbsa desin, istəyim budur ki, heç kəsin qarşısında borçlu getməyim.
Hamı halallıq edib, sakit dayanmışdı. Bu vaxt bir ərəb irəli çıxıb dedi: Ya Rəsuləllah! Sizin mənə borcunuz var, xahiş edirəm ki, onu ödəyəsiniz. Hamı o ərəbə sarı boylandı. Ürəkərində həmin adama qarşı qəzəb oyandı. Peyğəmbər (s) o ərəbi yanına çağırıb dedi:
- Allah səndən razı olsun! Nə yaxşı ki, sənə borclu olduğumu söylədin. Amma de görüm mənim sənə nə borcum var?!
Ərəb cavab verdi:
- Ya Rəsuləllah, yadındadırmı Tabuq döyüşündən qayıdırdıq. Əsgərlər arasında bir qəbahət iş olmuşdu. Siz onda o işin günahkarı kimi mənə cəza verib, açıq kürəyimə bir neçə təzayanə vurmağı əmr etmişdiniz. Sonra məlum oldu ki, o işdə müqəssir mən yox, başqası imiş. Həmin vaxt mən cəzanı düzgün almamışdım. Buna baxmayaraq siz əbəs yerə mənə cəza verib, təzayanə ilə kürəyimə döydürdünüz. İndi mənə olan borcunuzu olduğu kimi ödəyin, mən belə istəyirəm.
Əhli-Beyt dostları bu sözləri eşitcək ərəbə olan kin-küdurətləri daha da artdı. Ora yığışanların hamısı ürəklərində ona nifrət etdilər. Bu cəzanın təxirə salınmasını tələb etdilər. Rədd cavabı eşitdikdə ağlamaq və fəryad səsləri eşidildi. Peyğəmbər (s) əl qaldırıb sakit olmalarını söylədi. Sonra üzünü Salmana tutub dedi:
-Ya Salman, get qızım Fatimə (ə)-dan həmin taziyanəni istə.
Salman gəlib Fatimə (ə)-dan həmin taziyanəni istədi. Fatimə (ə)-ın rəngi saraldı, bədəninə lərzə düşdü. Üzünü ona tutub:
- Ya Salman, - dedi,- bu taziyanə nə üçündür?
Salman əhvalatı ona ərz eylədi. Bu söhbət zamanı İmam Həsən və İmam Hüzeyn də orada idi. Onlar da bu əhvalatı olduğu kimi eşitdilər. Fatimeyi-Zəhra taziyanəni Salmana verdikdən sonra İmam Həsənin və İmam Hüseynin əlindən tutub gəldilər meydana. Salman taziyanəni ərəbə verdi. İmam Həsən və İmam Hüseyn irəli durub ağlaya-ağlaya ərəbdən xahiş etdilər ki, həmin cəzanı bizim üzərimizdə yerinə yetir! Ərəb razı olmadı. Üzünü Peyğəmbər (s) tutub dedi:
- Ya Rəsuləllah! Siz mənə cəza verəndə əmr etdiniz ki, köynəyimi soyunum. Taziyanə açıq bədənimə vursunlar. İndi mən də elə istəyirəm. Köynəyinizi soyunub uzanın.
Oradakılar onun bu sözündən sonra daha da ucadan ağladılar. Allah Rəsulunun açıq kürəyinə qamçı vurmaq istəyənlər də varmış! Odur ki, qəlblər qana dönmüşdü.
Peyğəmbər (s) əmr etdi ki, əbasını kürəyindən alsınlar. Onun əmri yerinə yetirildi. Köynəyini çıxardılar. Kürəyi açıq halda qumun üstünə uzandı. Həmin ərəb taziyanəni əlinə alıb Həzrətə tərəf yaxınlaşdı. Elə ki, ona yaxınlaşdı qamçını kənara atıb diz çökdü. Ağlaya-ağlaya, sürünərək Həzrətə yaxın gəldi. Ərz eylədi ki, ya Rəsuləllah! Məni bağışla, əfv et! Qəsdim sizə qamçı vurmaq deyil. Məqsədim başqa adi adamlara qismət olmayan bir xoşbəxtlikdir ki, bu, bu gün mənə qismət oldu. Məramım sizin olan bu xalı öpüb ziyarət etməkdir. Peyğəmbərlik nişanəsi və möhürü olan bu xlı çoxları görməyib, bilmir... Siz hədislərinizdə buyurursunuz ki, hər kim mənim bədənimin dərisinə toxunarsa onu cəhənnəm odu yandırmaz! İndi, budur mən sizin kürəyinizdə olan xalı görür və öpmək şərəfinə nail olmuşam. Bu mənim üçün ən böyük xoşbəxtlikdir.
Bu sözləri deyib qurtardıqdan sonra həmin ərəb Rəsuləllahın iki kürəyi arasındakı xalı öpdü və üzünü sürtüb ziyarət etdi.
Bu hadisənin şahidi olan adamlar ona razılıq edib Peyğəmbər (s)-Allah və Allaha dua etdilər.

Məşədi Əli ABBAS
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930