Küfr
Mьəllif: admin1
Tarix: 13-04-2014, 18:49
Küfrə səbəb olanlar.
İmam Baqir (ə): «Etiraf və təslimdən qaynaqlanan hər bir (itaət) şey imandandır. Mayası inkar və danmaq olan hər iş (əməl) küfrdür.»
İmam Sadiq (ə): «Allah və Onun peyğəmbərinə şəkk edən kafirdir.»

Küfrün ən az dərəcəsi.
Allahın Peyğəmbəri (s): «Küfrün ən az dərəcəsi budur ki, insan öz qardaşı haqda bir söz eşitsin və onu (bir gün) rüsvay etmək üçün saxlasın. Belələrinin xeyir və yaxşılıqdan nəsibləri olmaz.»
Allahın Peyğəmbəri (s): «Küfrün dörd təməli var: istək, qorxu, narazılıq və qəzəb.»
İmam Əli (ə): «Küfr dörd sutun üzərində dayanır: fisq (Allahın əmrindən çıxmaq), ifratçılıq (dində), şəkk və şübhə.»
İmam Sadiq (ə) (Küfrün ən az dərəcəsi haqda suala cavabından): «Təkəbbür ondan (onun göstəricilərindən) biridir.»
İmam Sadiq (ə) («Kimsə danışanda yalan desə, verdiyi vədinə xilaf çıxsa, etibarlı sayılarkən əmanətə xəynaət etsə, küfr və imanın hansı mərtəbəsində olar!» deyə soruşulduqda):–«Bu küfrə ən yaxın mənzillərdir. Ancaq o, kafir deyil.»

Qazanc
Ən təmiz peşə.
Allahın Peyğəmbəri (s): «Ən gözəl sənət elə tacirlikdir ki, söz danı¬şanda yalan deməsinlər, onlara bir əmanət tapşırılanda xəyanət etməsinlər, vəd verdikdə vədlərinə xilaf çıxmasınlar, bir şeyi alanda onu pisləməsinlər, bir şeyi satanda onu tərifləyib təbliğ etməsinlər, borclu olduqda (öz borcunu almaq üçün) təzyiq göstərməsinlər.»
Allahın Peyğəmbəri (s): «Müsəlmanın ən pak qazancı, Allah yolunda atdığı oxdur.»
Əlinin zəhməti ilə qazanmağa təşviq.
Davud (ə) (Bir pinəçiylə rastlaşdıqda): «Ey kişi! İşlə və ye. Çünki Allah işləyib çörək yeyəni sevər, yeyib işləməyni isə sevməz.»
Allahın Peyğəmbəri (s): «Heç vaxt heç kim, əlinin zəhməti ilə olan yemək qədər ləzzətli heç nə yeməmişdir. Allahın Peyğəmbəri Davud öz əlinin zəhmətinin çörəyini yemişdir.»
Allahın Peyğəmbəri (s): «Ən yaxşı qazanc, öz işində sədaqətli olan fəhlənin qazancıdır.»
«Mən la yəhzəuhul fəqih» «İmam Əli (ə) günortanın qızğın vaxtında ehtiyacı olmasa da, işləmək üçün evdən bayıra çıxardı. Səbəbi bu idi ki, Allahın, onun halal ruzi qazanmaq üçün zəhmət çəkdiyini görməsini istəyirdi.»
İmam Sadiq (ə): «Əmirəl-möminin öz əlinin zəhmətinin qazancı ilə min qulu alıb azad etmişdir.»
Fəzl ibn Əbiqürrə: «Bağda işləyərkən İmam Sadiqin (ə) yanına gəldim və dedim: «Allah bizi sizə fəda etsin. İcazə verin, biz sizin üçün işləyək və ya qulluqçular işləsin.» Həzrət buyurdu: «Yox, məni öz halıma buraxın. Çünki mənim öz əllərimlə işləyib zəhmətimlə halal ruzi qazanmağımı Allahın görməsini istəyirəm.»

Pislənmiş peşələr.
«Biharul-Ənvar»: Bir kişi Allahın Peyğəmbərinə ərz etdi: «Mən bu övladıma savad vermişəm. İndi onu hansı sənətə qoyum?» Həzrət buyurdu: «Allah atana rəhmət etsin. Onu istədiyin hər bir sənətə qoy, ancaq bu beş dəstəyə tapşırma: zərgər, qəssab, səyya, buğdasatan və qulsatan.»
Kişi dedi: «Ey Allahın Peyğəmbəri səyya kimdir?» Buyurdu: «Kəfən satandır və mənim ümmətimin ölümünü urzulayır. Ancaq, mən ümmətimin yeni doğulmuş bir körpəsini, günəşin üstünə şəfəq saçdığı hər bir şeydən daha çox sevirəm. Zərgər isə mənim ümmətimi aldatmaq fikrində olar. Qəssab o qədər heyvan kəsər ki, qəlbində rəhm qalmaz. Buğdasatan, ümmətimin ərzağına möhtəkirlik edər. Əgər oğru kimi Allahın görüşünə getsə, bu qırx gün camaatın ərzağı ilə möhtəkirlik edən kimi getməkdən daha yaxşıdır. Qulsatana gəldikdə isə, Cəbrayıl (ə) mənim yanıma gəlib dedi: «Ey Məhəmməd! Sənin ümmətinin ən pisləri, insan alqı-satqısı ilə məşğul olanlardır.»
Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930