HİKMƏT
Müəllif: admin1
Tarix: 13-04-2014, 18:44
Quran:
«(Allah) İstədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş olunubsa, ona çoxlu xeyir verilmişdir və ağıl sahiblərindən başqa heç kəs nəsihət qəbul etməz.»
Məsih (ə): «Həqiqətən hikmət hər bir qəlbin işığıdır.»
Loğmanın (ə) oğluna nəsihətlərindən: «Oğlum! Hikmət öyrən ki, hörmətli olasan! Çünki hikmət dinə yönəldər, qulu azad insanların müqabilində şərafətli, yoxsulu dövlətlilərdən daha uca edər, kiçiyi böyükdən qabağa salar.»
Allahın Peyğəmbəri (s): «Möminin bir hikmətli söz eşitməyi, bir ilin ibadətindən üstündür.»
Allahın Peyğəmbəri (s): «Hikmət sahibi peyğəmbərliyə yaxındır.»
İmam Əli (ə):«Hikmət – müdriklərin gülzarı və aqillərin seyrəngahıdır.»
İmam Əli (ə): «Hikmət – qəlbdə bitən və dildə bar verən bir ağacdır.»
İmam Əli (ə): «Hər kəs hikmətinə görə tanınarsa, gözlər ona vüqarlı və əzəmətli nəzərlərlə baxar.»

Hikmət möminin itirdiyidir
İmam Əli (ə): «Hikmət möminin itirdiyidir, onu müşrikin yanında olsa belə axtarın! Çünki siz ona daha layiqsiniz və daha çox haqqınız çatır.»
İmam Əli (ə): «Hikmət möminin itirdiyidir.Onu müna¬fiq¬lərdən də olsa öyrənin.»
Hikmət sahibinə yaraşmayan işlər
İmam Əli (ə): «Öz ehtiyacını hikmətli olmayan şəxsə bildirən hikmət sahibi deyil.»
İmam Əli (ə): «Bir şəxslə yaxşı rəftar etməkdən başqa çarəsi olmayan onunla yaxşı davranmasa, hikmətdə heç bir payı olmaz.»
Hikmətin izahı
İmam Əli (ə): «Hikmətin ilk addımı ləzzətləri tərk etmək, son addımı isə fani olan hər bir şeyi özünə düşmən bilməkdir.»
İmam Əli (ə): «Özündən yuxarıda olan şəxslə münaqişə etməməyin və tabeçiliyində olan şəxsi zəlil saymamağın, gücün çatmadığı işə baş qoşmamağın, dilin ürəyinin, sözün əməlinin əksinə olmamağı, bilmədiyin şey barədə danışmamağın, iş sənə tərəf üz tutan zaman onu tərk etməməyin və səndən üz döndərən zaman ardınca getməyin hikmətdəndir.»
İmam Baqirin (ə) Əbu Bəsirin «Hər kəsə hikmət verilərsə....»ayəsi haqda sualına cavabından:Hikmət dedikdə məqsəd Allahın əmrinə itaət etmək və imamı tanımaqdır.»
İmam Sadiq (ə): «Həqiqətən, hikmət dini tanımaqdan və dərk etməkdən ibarətdir. Sizlərdən kim dində fəqih və dərrakəli olarsa, o hikmət sahibidir.»
İmam Kazim (ə): «Loğmana dedilər: «Sənin hikmətinin özəyi nədir?» Dedi: «Bildiyim şey barədə soruşmaram və mənə aid olmayan şey üçün özümü zəhmətə salmaram.»

Hikmətin əsası
Allahın Peyğəmbəri (s): «Hikmətin əsası Allahdan qorxmaqdır.»
Allahın Peyğəmbəri (s): «Sözlərin ən yaxşısı Allahı yad etmək və hikmətin əsası Allaha itaətdir.»
Allahın Peyğəmbəri (s): «Yaxşı rəftar etmək hikmətin zirvəsidir.»
İmam Əli (ə):«Haqqa bağlılıq və haqqa yoldaş olan kəsə itaət etmək hikmətin əsasıdır.»

Hikmət gətirən şeylər
İmam Əli (ə): «Şəhvətinə və nəfsi istəklərinə qalib gələn, hikmətin kamillik dərəcəsinə çatacaq.»
İmam Əli (ə): «Hikmət günahdan çəkinməkdən başqa heç bir yolla əldə olunmaz.»
İmam Sadiq (ə): «Hər kəs dünyaya arxa çevirsə, Allah onun qəlbində hikməti möhkəmlədər və dilini onunla dilləndirər.»
Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31