Adət
Mьəllif: admin1
Tarix: 13-04-2014, 18:35
Adət


İmam Əli(ə): «Adət ikinci (insan) təbiətdir.»
İmam Əli(ə): «Adət hər bir insanın hakimidir.»
İmam Əli(ə): «Hər kim adətlərinə tabe olsa, (yüksək) məqamlara nail olmaz.»
İmam Əli(ə): «Sənin dilin, səndən elə adət etdiyini istər, nəfsin isə ona öyrəşdiyi şeyi dilər.»
İmam Əli(ə): «Qəzəbə tələsmə. Bu adət halını almaqla sənə hakim olar.»
İmam Əli(ə) (əziz övladı İmam Həsənə (ə) tövsiyyələrindən): «Yeniyetmə qəlbi xam torpaqtək boşdur. Ona atılan hər bir şeyi qəbul edər. Buna görə də qəlbin bərkiməmiş və ağlın məşğul olmamış sənə tərbiyə və ədəb verməyə tələsdim.”
İmam Əli(ə) (Ona faludə (un, su və baldan hazırlanmış halva) gətirib qarşısına qoyduqda buyurmuşdur): «Sənin xoş ətrin, xoşagələn rəngin və ləziz tamın var. Ancaq mən nəfsimi ona adət etmədiyi bir şeyə öyrəşdirmək istəmirəm.»
İmam Əli(ə): «Özünü yaxşı işlər görməyə öyrəşdir və tavan yüklərini, cərimələri çiyninə çək ki, nəfsin şərafətinə çatasan, axirətin abad olsun və alqış edənlərin çox olsun.»
İmam Həsən (ə): «Adətlər qəhr edəndirlər. Kimsə gizlində və aşkarda özünü nəyəsə adət etdirsə, həmin şey onu aşkarda və camaatın içində rüsvay edər.»
Adətlərə üstün gəlmək.
İmam Əli (ə): «Fəzilət adətlərə üstün gəlməkdir.». İmam Əli(ə): «Ən üstün ibadət, adətə qalib gəlməkdir.»
İmam Əli(ə): «Adətlərə üstün gəlməklə ən yüksək məqamlara çatmaq olar.»
İmam Əli(ə): «İbadətləriniz asanlaşsın deyə, adətlərinizi dəyişdirin.»
İmam Əli(ə): «Adətlərdən əl çəkməklə nəfslərinizi ram edin və onları itaətə doğru yönəldin.Tavan və cərimələrinizin yüklərini onların çiyinlərinə yükləyin. Yaxşı əməllərdən istifadə etməklə onları bəzəyin və günahların çirkabından uzaqda saxlayın.»
Adətləri dəyişməyin çətinliyi.
İmam Əli(ə): «Siyasətlərin ən mətini adətləri dəyişməkdir.»
İmam Əli(ə): «Ey camaat! Nəfslərinizi tərbiyə etməyi öz öhdənizə götürün, onları tamah və adətlərindən çəkindirin.»
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930