RƏSULULLAH (S) VƏ CAVANLAR
Mьəllif: admin1
Tarix: 25-01-2018, 13:01
RƏSULULLAH (S) VƏ CAVANLAR

Gənclər öz cavanlıq dövrlərinin xüsusiyyətlərinə uyğun olaraq, həm tərbiyəyə yatımlı, həm də yenilikçi və rəngarənglik sevərdilər. Onlar proqramlı, yekcins həyatdan yorulurlar.

Cəmiyyətin tə’lim-tərbiyə qurumları o zaman müvəffəqiyyət qazanır ki, gənclərin zövqünü oxşayacaq növbə-növ proqramlar hazırlasınlar. Quru və cazibəsiz tədbirlərdə iştirak etmək gənclər üçün darıxdırıcıdır. Bu qanun dini quruluşda da istisna deyil. Əgər dində ruh olmasa cavanlar təbii olaraq kənarda qalacaqdır. Əslində, bu sayaq yekcinsliyi, quruluğu din adlandırmaq olmaz. Dinlə onun mənbəsi olan vəhydən tanış olmaq olar.

İlahi vəhy isə Qur’an və rəvayətlərdə əks olunmuşdur. Din özünü dinşünas adlandıran və öz şəxsi rə’yinə əsaslanan bə’zilərinin düşüncəsi deyildir. Dinə birtərəfli yanaşmadan doğan düşüncələr onu ruhsuz təqdim edir və gənclərin dindən uzaqlaşmasına səbəb olur.

Dini tanıtdıran peyğəmbərlər cəmiyyətin bütün təbəqələri ilə yanaşı addımlayır və öz çiyin yoldaşını insani və ilahi dəyərlərlə maraqlandırırlar. Ona görə də peyğəmbərləri cəmiyyətin təkcə bir təbəqəsi (məsələn, qocalar) əhatə etmir.

Onun ətrafında qocalar, cavanlar, qadınlar və kişilər, kasıblar və varlılar toplanır. Bu dairədə ən çox gözə dəyən isə ictimai, iqtisadi, siyasi, hərbi sahələrdə mühüm rol oynayan gənclərdir. Peyğəmbərlər heç zaman bu enerjili nəsli yaddan çıxarmamışlar. Onların ətrafında cavanlar olmuşlar. Rəsulullah (s) cavanları gözəl anlayır, onların meyllərinə diqqət yetirirdi. Həzrət onların əksər istəklərinə, eləcə də cinsi meyllərinə diqqətli idi.

Bu ehtiyacların ödənilməsi üçün Rəsulullah (s) çox çalışırdı. Onun dövründə evlənmək olduqca asan idi və böyük xərc tələb etmirdi. Onun cəmiyyətində dardüşüncəlik, yersiz tələblər yox idi. Əksər cavanın evlənməsi günün bütün adi işləri kimi olduqca asan idi. Bütün bunlar ilahi cəmiyyətdə gənclərin istəklərinə diqqətin təcəllisidir.

Rəsulullah (s) müxtəlif təbəqələr və cavanlarla məşvərət edərdi. Onların şəxsiyyətini uca tutardı. Həzrətin özünəməxsus xüsusiyyətləri onu cavanlara sevdirirdi və onlar müxtəlif toplantılarda iştirak edirdilər.

Rəsulullah (s) onların hisslərini, meyllərini dərk edərək, onları inandırırdı. Heç bir gənc onun hüzurunda, onun mövqeyindən inciməzdi.

Peyğəmbər (s) bu təbəqəni nəfs izzətinə (nəfsitoxluğuna) diqqətli idi. Onlar e’tiqadlı, şəxsiyyətli və özünə inamlı tərbiyə olunurdular, iste’dadları çiçəklənirdi. Elə buna görə də həzrətin ən möhkəm yoldaşları ona tövhid yolunda kömək edən cavanlar idi.

CAVANLARA TƏ’LİM
Əgər din gənclərə bu qədər əhəmiyyət verərək, «azğınlar sizin gənclərinizi yoldan çıxarmamış onların sorağına gedin» deyə buyurursa, bunun səbəbi təkcə e’tiqad, inam məsələsi deyil. Müxtəlif baxımlardan gənclərin təhsil alması tə’kid olunur.

Həzrət (s) buyurur: «Övladlarınıza atıcılıq və üzgüçülük öyrədin» («Vəsail» 12-ci cild). Həzrət (s) cəmiyyətin ehtiyaclı olduqları fənnlərin qayğısına qalırdı. Hər dövrün öz ehtiyacları vardır. Dini bir cəmiyyət vaxtlı-vaxtında bu ehtiyaclara nəzərə alaraq, sağlam əyləncələrin, idman və sair sahələrin təşkilinə diqqət yetirilməlidir. İste’dadların çiçəklənməsi üçün lazımı şərait yaradılmalıdır.

CAVANLARA VƏZİFƏ VERMƏK
Həzrət (s) cavanlara məs’uliyyət, vəzifə verərdi. Onları heç vaxt kənarlaşdırmaz, hətta böyük vəzifələr tapşırardı. Müxtəlif ictimai məs’uliyyətlərdə gənclər iştirak edərdilər.

Həzrət (s) gənclərə o qədər inanırdı ki, vəzifədə özünün doğruldanların iste’dadından tam faydalanırdı. O, gənclərə vəzifələr tapşırar və heç bir səbəb onu fikrindən daşındırmazdı. Öz inamında ciddilik göstərirdi. Bu inam səbəbindən həzrətin ətrafını cavanlar tutardı və onun tədbirləri cavanlar tədbiri idi.

Onun yaxınları cavanlar nəslində təşkil olunardı. Hicaz gəncləri həzrətə o qədər məftun olmuşdular ki, öz ata-analarından, vətənlərindən əl çəkmişdilər. Onlar çətin şəraitdə amalların sədaqətli qalmışdılar. Hətta risalətin ilk çiçəkləri gənclər arasında cücərmişdi. Gənclər o qədər dərin inama sarılmışdılar ki, dini tədbirləri şəhərdə keçirmək mümkün olmayanda şəhər kənarına çıxardılar.

Rəsulullah (s) böyük mədəni, ictimai, hərbi vəzifələri cavanlara həvalə edərdi. Həzrətin Mədinəyə hicrətindən əvvəl gənc Məs’əb ibni əmir mədəni və təbliği risalətin icrası üçün Mədinəyə göndərilir.

Həmin bu gənc Bədr və Ühüd döyüşlərinin bayraqdarı olur və Ühüd döyüşündə şəhadətə yetişir.
İyirmi bir yaşlı İtab ibni əsid Məkkənin fəthindən sonra həzrət tərəfindən Məkkə valisi kimi siyasi işlərə məs’ul tə’yin edilir.

Hansı ki, səhabələr arasında ondan yaşlıları çox idi. Bə’ziləri cavan olduğu üçün e’tiraz etdikdə həzrət qətiyyətlə cavab verir ki, vəzifəyə tə’yinatda ölçü yaş yox, ləyaqət və fəzilətdir. Hər yaşlı insan ləyaqətli olmur. Başqa sözlə, yaş böyüklük səbəbi deyil. Böyüklük ləyaqət və fəzilətdir. Bu sözlər Məkkənin dini təbliğatçısı iyirmi altı yaşlı Məaz ibni Cəbələ də aiddir. («Sireyi hələbi» 3-ci cild).

Eyni hal rumlulara qarşı könüllü döyüşçülərin başçısı Üsamə ibni Zeydin tə’yinatında da müşahidə edilir. Könüllülər arasında yaşlılar nə qədər çox olsa da, həzrət on səkkiz yaşlı gənci sərkərdə tə’yin edir.

Etiraz edənlərə eyni cavab verir. Üsamə öz atası kimi bu məqama layiqdir. Bu həzrətin üsuludur. Gənclərin başçı tə’yin olunmasına görə döyüşdən yayınanlar olurdu. Əbu Əyyub Ənsari belələrindən idi. qısası, həzrətin ətrafı cavanlar idi. Həzrətin buyurduğu «mənə cavanlarla yardım edildi» sözləri həqiqətdir.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031