Fiqhi suallara cavablar
Müəllif: Admin
Tarix: 11-04-2014, 01:01
Fiqhi suallara cavablar


Sual 1: Əməli hökmlər neçə qisimdir?
Cavab: Hökmlər beş qisimdir:
1. Vacib–hökmən yerinə yetirilməli olan göstəriş. Bu hökmü tərk etmək günahdır. Məsələn, həddi-büluğa çatdıqda namaz qılmaq vacibdir.
2. Müstəhəb–belə bir hökmü yerinə yetirmək bəyənilmişdir. Onu tərk etmək günah sayılmır. Məsələn, salam vermək müstəhəbdir, yə’ni bəyənilmiş bir hökmdür.
3. Haram–haram hökmü hər hansı işi qəti şəkildə qadağan edir. Haram iş görən şəxs üçün axirət əzabı var. Məsələn, yalan danışmaq.
4. Məkruh–bir işin məkruh olması barədə hökm varsa, həmin işi görməmək daha yaxşıdır. Amma məkruh iş görən adam üçün axirət cəzası yoxdur. Məsələn, şəkil olan otaqda namaz qılmaq məkruhdur.
5. Mübah–mübah işin görülüb-görülməməyinin dini baxımdan fərqi yoxdur. Məsələn, halal qidaların qəbulu nə vacibdir, nə müstəhəbdir, nə haramdır, nə də məkruh. Bu iş insanın öz ixtiyarındadır.
Sual 2: Qeyri-müsəlman ölkələrdə istehsal olunmuş ətriyyat məhsulları pakdırmı?
Cavab: Xaricdən gətirilmiş ətriyyat məhsullarının murdar olduğu mə’lum deyilsə, onlar pak hesab olunur.
Sual 3: Xaricdə istehsal olunmuş maye dərman preparatları pakdırmı?
Cavab: Murdar olduğu mə’lum deyilsə, pakdır.
Sual 4: Hansı canlıların qanı murdardır?
Cavab: Atıcı qanı olan bütün canlıların qanı murdardır. Əti halal olan heyvan şər’i qaydada kəsildikdən sonra bədənindəki qan, kəsilmiş damarlardan kifayət qədər axarsa, qalan qan pakdır. Yumurtanın içindəki qan murdar deyil.
Sual 5: Əgər toyuq yumurtasında qan varsa, onu yemək olarmı?
Cavab: Yumurtadakı qan onun sarısı ilə qatışdırıldıqda itib gedərsə, həmin yumurtanı yemək olar.
Sual 6: Kafir kimdir?
Cavab: Allahı inkar edən, Ona şərik qoşan, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə inanmayan, namaz və oruc kimi zəruri dini hökmləri inkar edən kəs kafirdir.
Sual 7: On iki imamı qəbul etməyən kəs müsəlmandırmı?
Cavab: Əgər bir müsəlman on iki imamdan birinə qarşı düşmən münasibətdə olarsa, o murdar sayılır.
Sual 8: Şərab murdardırmı?
Cavab: Şərab və insanı məst edən bütün mayelər murdardır.
Sual 9: Bir şeyin murdar olması necə sübuta yetir?
Cavab: Hər hansı bir şeyin murdar olması üç yolla sübuta yetir:
1. İnsan özü bir şeyin murdar olduğuna əmin olmalıdır.
Əgər restoranda və ya hansı başqa bir yerdə bir şeyin murdar olmasına şübhə varsa, bu şübhəyə e’tina olunmamalıdır;
2. Bir şeyin sahibi həmin şeyin murdar olduğunu dedikdə;
3. İki adil kişi bir şeyin murdar olduğunu dedikdə. Bir adil şəxs müəyyən şeyin murdarlığını bildirdikdə vacib ehtiyata əsasən çəkinmək lazımdır.
Sual 10: Əgər qabdakı mayeyə qan damsa, üst hissədən bir qədər boşaldılsa, qalan hissə pak sayılarmı?
Cavab: Mayenin bir nöqtəsi murdar olduqda bütün maye murdar sayılır.
Oxşar xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31