Ayətullah Behcətin Seyid Həsən Nəsrullaha tövsiyəsi
Mьəllif: admin1
Tarix: 4-04-2016, 08:32
Ayətullah Behcətin Seyid Həsən Nəsrullaha tövsiyəsi
Hizbullah baş katibi Seyid Həsən Nəsrullah Ayətullah Behcət haqqında xatirələrini ƏSİL şəbəkəsi ilə bölüşüb. Hizbullah lideri deyib:

Quma ilk səfərimizdə bu şəhər haqqında məlumatımız az idi. Bizə demişdilər ki, Quma getsəniz hökmən Ayətullah Behcəti ziyarət edin. Mən gənc idim. Görüşünə getdik. Görüşdə şəhid Abbas tövsiyə istədi. Ayətullah Behcət də namaza, salavata, istiğfara diqqətli olmağı tapşırdı. Sonralar İrana gələndə hökmən Ayətullah Behcəti ziyarət edərdik...
Bir dəfə sifariş etmişdi ki, sübh və əsr vaxtı üç dəfə “Əllahumməc-əlni fi dir-ikəl-həsinətilləti təc-əlu fiha min təşa” - Allahım! Məni öz möhkəm zirehində saxla, orada kimi istəsən qərar verərsən ki, qurtulsun...

اللَّهُمَّ اجْعَلْنِی فِی دِرْعِکَ الْحَصِینَةِ الَّتِی تَجْعَلُ فِیهَا مَنْ تشاء

Əvvəl elə təsəvvür etdim ki, Ayətullah Behcət mənə qarşı terror təhlükəsi olduğu üçün belə tövsiyə verib. Amma bir neçə ay sonra müharibə başladı və İsrail mənim ola biləcəyim bütün nöqtələri vurmağa başladı. O zaman böyük arifin göstərişinin səbəbini anladım...

Vilayet.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930