Namaz qılmayan şəxslə ailə qurmaq olar?
Mьəllif: admin1
Tarix: 8-06-2022, 23:18
Namaz qılmayan şəxslə ailə qurmaq olar?
Qurani-Kərimin Rum surəsində (ayə 21) buyurulur: Onların yanında aramlığa çatasınız deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət nişanələrindəndir...

(وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ)

Bəli, cinslər arasında sevgi ilahi bir nemətdir. Amma bütün nemətlərdən düzgün istifadə edilməlidir. Züleyxa Həzrət Yusifi sevsə də o artıq ərdə idi, bu sevgi bir xəyanət üzərində qurulmuşdu. Demək, sevgi əsasında gözüyumulu qərar vermək olmaz, insan götür-qoy etməlidir.

Ailə qurmaq istəyi önə gələndə möminlər fərqli bir problemlə üzləşə bilər. Mömin gəncin ailə qurmaq istədiyi, başqa sözlə, sevdiyi şəxs namaz qılmırsa, o nə etməlidir?

Ayətullah Məkarim Şirazi, Ayətullah Vəhid Xorasani, Ayətullah Sistani, Ayətullah Xamenei, Ayətullah Nuri Həmədaninin cavabı:

Namaz qılmayan adamla evlənmək olar, amma kərahəti var (bəyənilmir). Belə bir adamla ailə qurmaq azğınlıqla nəticələnərsə, bu işi görməkdə irad var (işkal)
.nur-az\
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930