İmam Əli (ə): “Bədəninizin bu nazik dərisinin cəhənnəm atəşinə taqəti yoxdur. Ona görə də özünüzə rəhm edin”
Mьəllif: admin1
Tarix: 21-11-2020, 10:49
İmam Əli (ə): “Bədəninizin bu nazik dərisinin cəhənnəm atəşinə taqəti yoxdur. Ona görə də özünüzə rəhm edin”

İslam maarifinə görə cəhənnəmin yeddi təbəqəsi vardır və hər nə qədər aşağı gedilər, insanların yeri və vəziyyəti daha pis olar.

Cəhənnəm əzabları həm cismidir və həm də ruhidir. Bəzi cəhənnəm əhli əbədi olaraq orada qalar, bəziləri isə müvəqqəti qalar. Cəhənnəmdən xilas olmağın yolu ya cəzanın sona çatmasıdır, ya da Əhli-beyt (ə) davamçılarının şəfaətidir.

Bəzi günahlar o qədər ağır olur ki, cəhənnəmdə əbədi olaraq qalarlar. Cəhənnəm əməl yeri deyildir, ona görə də heç kəs saleh əməl görərək xilas olmağı düşünə bilməz.

İmam Əli (ə) cəhənnəm haqqında buyurur: “İnsanlar! Siz yol üstündə olan müsafirlərsiniz ki, bu dünyadan köçməyiniz üçün əmr edilmişdir. Dünya sizin əsl eviniz deyildir.

Agah olun ki, bədəninizin bu nazik dərisinin cəhənnəm atəşinə taqəti yoxdur. Ona görə də özünüzə rəhm edin. Siz dünya müsibətləri ilə imtahan olunmusunuz.

Öz yaxınlarınızdan birinin bədəninə girən tikana görə narahatlığını, ya yerə dəyən zaman yaralandığını və ya səhranın qaynar daşlarının ona əziyyət verdiyini görmüsünüzmü ki, dözülməsi ağırdır?

Bəs iki atəş təbəqəsi arasında necə dözmək olar və şeytanın yoldaşı olmaq olar? Bilirsinizmi ki, o zaman ki, cəhənnəmin Maliki atəşə qəzəblənər, şölələr bir-birinin üzərində hərəkət edər və bir-birini vurar?

O zaman ki, atəşə səslənər, cəhənnəmin qapıları arasında hər tərəfə şölələnər. Ey qocalığı varlığını bürüyən qoca! Necə olacaqdır ki, atəş bağları boynuna salınar və atəşdən olan zəncirlər əl və ayağına düşər və əlinin ətlərini yeyər?”.

“Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndəriləcək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz”. (“Rəhman” 35).

“(Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar”. (“Rəhman” 41).

“Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar”. (“Rəhman” 44).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930