Hafizəni İslam təbabəti ilə necə gücləndirək?
Mьəllif: admin1
Tarix: 28-03-2016, 18:19
Hafizəni İslam təbabəti ilə necə gücləndirək?
Hafizənin zəif olması müasir dövrün bəlalarındandır ki, hər kəs ondan şikayət edir.
İslam təbabəti ilə məşğul olan alimlərdən Ayətullah Təbrizian deyir: “Bəlğəm hafizənin zəifləməsinə təsir göstərər. Ona görə də bal yeməyi tövsiyə edirlər ki, bal həm hafizəni gücləndirər və həm də bəlğəmi azaldar. O şey ki, bəlğəmi azaldar, hafizəni gücləndirər.
Küncüd hafizəni zəiflədər, həmçinin göyərtini çox yemək və keşniş toxumu da hafizəni zəiflədər.
Yetişməmiş kal alma da hafizəni zəiflədər. Bu gün alma yığan zaman adətən onu kal yığarlar və qutuya qoyarlar ki, saralsın. Belə almalar hafizənin zəifləməsinə səbəb olar.
Hafizəni gücləndirməyin ən sadə yolu – kündür çeynəməkdir. Çünki insan kündür çeynəyən zaman bəlğəm dəf olar. Bundan əlavə, başqa bir yol da vardır. Kündür ilə mixəyi dəyirmandan keçirin və bir çay qaşığı qədər ondan yeyin. Ən güclü dərman İbni Məsudun dərmanıdır ki, kündürü, mixəyi və şəkəri bir-birinə qarışdırır.
Üç şey vardır ki, hafizəni gücləndirər: Quran oxumaq, misvak etmək, oruc tutmaq.
Az yatmaq və yaxşı yatmamaq da hafizəni zəiflədən amillərdəndir”. (İslami saytlara istinadən)

/Deyerler.org/


Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031