Acı hadisələrlə rastlaşan zaman nə edək?
Mьəllif: admin1
Tarix: 24-03-2016, 21:36
Acı hadisələrlə rastlaşan zaman nə edək?

(Ustad Qiraətinin əxlaq dərslərindən)
Bir süfrədə şirin də ola bilər, turşu və istiot da. Uşaqlar süfrədə olan şirniyyatdan ləzzət alar. Ancaq böyüklərin nəzərinə görə, süfrədə hər ikisi olmalıdır.
Acı hadisələr də belədir. Acı hadisələrin bərəkətləri vardır ki, onlara işarə edək:
1. İnsanın Allaha olan diqqətini daha çox edər.
2. İnsanın istedadlarını çiçəkləndirər.
3. Günahlarının kəffarəsi olar.
4. Nemətlərin qədrini daha çox bilər.
İnsanlar acı hadisələr qarşısında üç dəstə olarlar: necə ki, uşaq ağzını istiota vurar – narahat olar, yeniyetmə onun dadına dözər, valideyni isə pul verər ki, istiot alsın.
Quranın nəzərinə görə də bəzi insanlar çətinliklə üzləşən zaman fəryad çəkərlər: “Ona bir zərər və ziyan üz verdikdə, dözməz”. (“Məaric” 20).
Bir dəstə səbir edər. “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. (“Bəqərə” 155).
Bəziləri isə çətinliyin qarşısına çıxarlar və onu qarşılayarlar. “Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər”. (“Əhzab” 23).
Bir dəstə cihada getmək üçün Həzrət Peyğəmbərin (s) yanına gəlir, Həzrət (s) onlara buyurur: “Atım və qılıncım yoxdur ki, sizi təhciz edim”. Onlar da ağlayırlar ki, cəbhəyə gedə bilmirlər.
Çətinlik və müsibətlərə dözərək və səbir edərək, ən yaxşı istifadəni etmək olar. Necə ki, limondan şirin şərbət düzəltmək olar, mahir aşbaz portağal qabığından da belə, mürəbbə bişirə bilir, həyatda da belə olmaq lazımdır. Bu gün zibilliklərdən necə gözəl şeylər düzəltməkdə istifadə olunur.
Həzrət Zeynəb (s.ə) başına gələn müsibətdən Kufədə də, Şamda da elə istifadə etdi ki, Əməvi rejiminin bünövrəsi titrədi. Şam məscidində İmam Səccad (ə) minbər başına çıxdı və Yezidi (lən) qorxuya saldı. Yezid (lən) azan deyənə əmr etdi ki, yüksək səslə azan versin. Ancaq İmam (ə) elə bu səhnədən də istifadə etdi və azanın sözlərini elə təfsir etdi ki, məscidə titrəmə düşdü. İmam (ə) buyurdu:“Ey Yezid (lən)! Bu Muhəmməd (s), mənim cəddimdir, yoxsa sənin? Bu əsirlər onun nəslindən deyilmi?”.
O zaman ki, İmam Kazımı (ə) təkgözlü zindana aparırlar, buyurur: “İbadət üçün necə də gözəl yerdir”.
Alimlərin çox hissəsi dəyərli kitablarını ya zindanda yazıblar, ya da çətin zamanlarında”. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728