Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Quranda təvəssül varmı?

Quranda təvəssül varmı?

Quranda təvəssül varmı?
Ustad Möhsün Qiraəti vəhabilərin Quranda təvəssülün olmaması barədəki iddialarını cavablayıb.


"Mühüm bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Vəhabilər deyir ki, "Ya Hüseyn" "Ya Əli" "Ya Əbülfəzl" dediyinizə görə siz müşriksiniz. Quranda Tövhid qəhrəmanının kim olduğu soruşulsa əgər Hz. İbrahim(ə) olduğunu deyərik. Çünki İbrahim (ə) barədə "O müşriklərdən olmadı." deyilir. Bütün ixlas ayələrinin ən bariz nümunəsi Hz. İbrahimdir.(ə) Hz. İrahim (ə) "Allahım məni yaratdı" və ya "Məni yaradan kəs" deyə tanıtdırır. Bu yaratdı kəlməsini eyni ilə Allahın barəsində deyir. Necə ki, Hz.İsa (ə) deyir: "Mən gildən yaradaram." Beləliklə "Məni yaratdı" və "Mən yaradaram" deyir.

Həmçinin hidayət məsələsində də Tövhid qəhrəmanı "Allah hidayət edəndir" deyir. Quran da buyurur ki: "Ey Peyğəmbər sən hidayət edənsən"
Allah da hidayət edəndir. Peyğəmbər də hidayət edəndir. Quran özü də təqvalılar üçün hidayət edəndir.
Məsələn su yetirmək. Allah da insan üçün su yetirə bilər. Bunu insan üçün də deyir: Sənə su verdiyin üçün mükafat verərəm. Hz.Musanın (ə) su vermək məsələsinə işarə edir.

Ruzi yetirərik cümləsini Allah həm özü üçün, həmdə insan üçün deyir ki, "yeməklərini verərlər" yəni insan da yemək verə bilər.

"Xəstələndiyim vaxt şəfa verən Odur" Yəni şəfa verən Allahdır. Allah bu kəlməni bal üçün də buyurur ki, bal sənə şəfa verir. Quranda şəfa verir: Şəfa və Rəhmətdir. Həm Quran şəfadır, həm bal şəfadır, həm də O (c.c)

İşləri idarə edir: "Allah da idarə edir" və bu barədə " mələklər də iarə edir" deyir. Heç bir problem yoxdur ki, işin əsasını Allah görsün, lakin Allah bu duanı Əbəlfəzlin(ə) nəfəsinə verə bilər. Hz.İbrahimin (ə) duasına da.

İnsanlar Hz. Musadan (ə) su istədikdə biz də deyə bilərik ki, "Ya Mehdi xəstəyə şəfa ver!" Necə ki, yəhudilər Hz.Musadan(ə) bağışlanmaq istəyə bilir, amma biz "Ya Mehdi", "Ya Bəqiyyətəllah" deyə bilmərik?!"

İslamınSesi\
Müəllif: Admin | 24-03-2016, 15:15
Baxılıb: 716
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.