Əxlaq elminə başlamaq istəyən cavanın ilk vəzifəsi
Müəllif: Admin
Tarix: 15-09-2020, 12:18
Əxlaq elminə başlamaq istəyən cavanın ilk vəzifəsi
Ayətullah Amuli ona verilən "Əxlaq elminə başlayan cavanlar ilk olaraq hansı addımları atmalıdır?” sualını bu cür cavablandırıb:

"Əxlaq elminin bir qismi "nəzəri”-dir və bu mütaliə ilə əldə olunur. Digər qismi isə "əməli”-dir və əxlaq ustadının göstərişlərinə bağlıdır.

İnsan öz bildiklərinə əməl etməklə ilkin müsbət təsirləri əldə edə bilər. Buna əməl edən insana Allah bilmədiklərini öyrədər.

Hədisdə də bildirildiyi kimi "Hərkəs bildiyinə əməl etsə Mütəal Allah ona bilmədiyini öyrədər" (Biharul-ənvar c 65, s 363).

Əməl ilə birgə olan elm uzun müddət davamlı olmasından əlavə, həm də yüksələcəkdir.

İnsan vaciblərə əməl edib, müstəhəblərə bir həddə diqqət ayırsa, haramları tərk edib məkruhdan bir həddə uzaqlaşıb ifrat-təfrit etməsə bu yolda müvəffəq olacaqdır.”


islamazeri.az
Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930