Əhli-sünnə mənbələrində Əhli-Beytin (ə) məsumluğunun təsdiqi
Mьəllif: admin1
Tarix: 22-03-2016, 11:27
Əhli-sünnə mənbələrində Əhli-Beytin (ə) məsumluğunun təsdiqi
Həzrət Peyğəmbərin (s) Əhli-beyti (ə) günah və xətadan uzaq olan məsum şəxslərdirlər. Buna əsas dəlillərdən biri – “Əhzab” surəsinin 33-cü ayəsidir. Bu ayədə Allah Təala bir neçə evə deyil, konkret bir evə işarə edibdir. Yəni ayədə evin cəm halı deyil "əl-Beyt" deyərək bir evin əhlinə müraciət edibdir. “Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33). Bu ayədə hansı evin əhlinə müraciət olunmasını bilmək üçün, ayəni təfsir edən hədislərə müraciət etmək lazımdır. Tirmizi özünün "Sünən"ində 3871-ci hədisdə nəql edir: “Ümmü Sələmə xanım buyurub: "Peyğəmbər (s) Həsəni, Hüseyni, Fatimə və Əlini (ə) bir örtük ilə örtdü və belə dedi: "İlahi, bunlar mənim Əhli-beytim və yaxınlarımdır. Onlardan çirkinliyi təmizlə və pak et". Bu zaman Ümmü Sələmə xanım dedi: "Ey Allahın Rəsulu! (s) Mən də onlarla birgəyəm (eyni məqamdayam)?”. Rəsulullah (s) dedi:"Sən xeyir üzərindəsən".
Hədisdən sonra Tirmizi hədisin mötəbərliyini təsdiqləyib.
Gördüyümüz kimi, Həzrət Peyğəmbər (s) Əhli-Beytin (ə) günahlardan uzaq olmaları üçün dua edir və eyni zamanda Həzrət (s), Əhli-Beytinin kimlərdən ibarət olmasını dəqiq bildirir.
Müslüm özünün "Səhih"ində, hədis 2424-də nəql edir: “Aişə xanım buyurub: "Həsən ibn Əli (ə) gəldi və Peyğəmbər (s) onu qara yundan düzəldilmiş örtüyə daxil etdi. Sonra isə Hüseyn (ə) gəldikdə, onu da örtüyə daxil etdi. Sonra Fatimə (s.ə) gəldi və onu da örtüyə daxil etdi. Sonra isə Əli (ə) gəldi və Həzrət (s) onu da örtüyə daxil etdi. Sonra isə Peyğəmbər (s) dedi: "Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!".
Tirmizi hədis 3206-da nəql edir: “Ənəs ibn Malik buyurub: Peyğəmbər (s) sübh namazına çıxarkən altı ay qızı Fatimənin (s.ə) qapısına gedib, belə deyərdi: "Ey Əhli-Beyt! Namazdır. Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!". “Əhzab” 33-ü oxuyardı. Tirmizi hədisin mötəbərliyini təsdiqləyib.
Gördüyümüz kimi, əziz Peyğəmbərimiz (s) İmam Əli (ə), Xanım Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün “Əhzab” surəsinin 33-cü ayəsinin axırını oxuyur və ayədə buyurulduğu kimi, məhz konkret bir evə müraciət edir.

Allahverdi Əlizadə
“Dəyərlər”in oxucusu
Oxşar xəbərlər
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031