Şeytanın (lən) icazəsi yoxdur insanı günaha məcbur etsin. Onun işi – yalnız vəsvəsədir
Müəllif: Admin
Tarix: 17-03-2016, 13:54
Şeytanın (lən) icazəsi yoxdur insanı günaha məcbur etsin. Onun işi – yalnız vəsvəsədir

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir insanla bir şeytan olar”. Soruşurlar ki, sizinlə belə? Buyurur: “Bəli, ancaq mənim şeytanım Allahın hövl və qüvvəsi ilə təslim olmuşdur. Allahım, mənə şeytana görə yardım et ki, o, mənim əlimlə təslim olsun”. (Tebyan)
Bu hədisdə bir neçə nöqtəyə diqqət etmək lazımdır.
1. Bu hədisin buyurduğu kimi, şeytanın özü Həzrət Peyğəmbərin (s) vasitəsilə təslim olmuşdur, onun iman ruhu təslim olmamışdır. Fərz edək ki, şeytan Peyğəmbərin (s) vasitəsilə iman gətirmişdir – bu, o demək deyildir ki, bütün şeytanlar və cinlər iman gətiriblər.
2. Şeytanın (lən) vəsvəsəsi icbari həddə deyildir. Onun icazəsi yoxdur ki, insanı günaha məcbur etsin. Onun işi – vəsvəsədir və imanlı insan onunla mübarizə apardığı üçün bu iş ona çətin gəlmir.
Deməli, Həzrət Peyğəmbər (s) şeytanın (lən) vəsvəsələri ilə o qədər müxalifətlik etmişdir ki, artıq şeytan ondan əl çəkmişdir. Qurani-Kərim də buyurur ki, şeytan muxlis bəndələri aldada bilmir. “Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur. Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir”. (“Nəhl” 99-100).
Allah Təala Qurani-Kərimdə şeytanın dili ilə deyir: “Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin”. (“İbrahim” 22).
Şeytanın (lən) vəsvəsəsi insanı inkişaf etdirər və kamala çatdırar. Ancaq Peyğəmbərimiz (s) kimi kamala çatmış bir insan üçün şeytanın vəsvəsəsinin heç bir mənası yox idi.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31