Ayətullah Cavad Amuli: “Naməhrəmə qarşı gözləri bağlı olan şəxs cəhənnəmi görməz”
Mьəllif: admin1
Tarix: 5-03-2024, 10:22
Ayətullah Cavad Amuli: “Naməhrəmə qarşı gözləri bağlı olan şəxs cəhənnəmi görməz”
Ayətullah Cavad Amuli təfsir dərsində buyurmuşdur: ““Furqan” surəsi Məkkədə nazil olmuşdur.

Bu surədətövhidə, nübuvvətə və vəhyə aid məsələlər bəyan edilmişdir. Allah-Təala Quranda buyurur: “Azuqə toplayın ki, ən yaxşı azuqə təqvadır”.

Təqva həm yol, həm çıraq, həm də azuqədir. Səfərə çıxanların azuqəyə, miniyə ehtiyacı vardır. Azuqəsi və miniyi olmayan yolda qalar. Vəhşi heyvan yeməyini görəndə nərə çəkdiyi kimi, cəhənnəm də uzaq yoldan günahkarları görüb nərə çəkər.

Cəhənnəmdə həyatın olmadığını deyə bilmərik. Cəhənnəm hələ uzaqdan öz qidasını görər, cəhənnəm əhli də onu görər. Cəhənnəmin ağrılı hücumunu da görərlər. Onun nərəsini də eşidərlər.

Ancaq mömin bunların heç birini nə görər və nə də eşidər. Necə ki, kafir möminin kənarında olar, ancaq onun nurunu görməz, mömin də cəhənnəmin nə atəşini görər və nə də eşidər.

Axirətdə isə behişti görər. O kəsin ki, naməhrəmə qarşı gözləri bağlıdır, cəhənnəmi görməz. O kəs ki, qeybət və töhməti eşitməz, cəhənnəmin səsini eşitməz.

Çünki batini axirət həmin dünyadır. Cəhənnəm əhli əzab zamanı çox sayda çətinliklərə dözürlər. Dünyanın təzyiqləri də ona qəbirdə, qiyamətdə və cəhənnəmdə əzab verər”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930