Hər bir bədbəxtliyin daxilində bir xoşbəxtlik gizlənmişdir
Müəllif: admin1
Tarix: 22-06-2022, 23:09
Hər bir bədbəxtliyin daxilində bir xoşbəxtlik gizlənmişdir

İnsan bu dünyada çox sayda müsibət və bəla ilə üzləşəcəkdir. Mühüm olan budur ki, həmin bəla və müsibətlərə hansı pəncərədən baxacaqdır.

Əgər bilsək ki, hər bir bədbəxtliyin daxilində bir xoşbəxtlik gizlənmişdir, onda heç bir zaman şikayət etməzdik. Müsibətlə daha rahat üzləşər və onu asan şəkildə dəf edərdik.

“Bu, (zalımın müqabilində məzluma kömək etmək)ona görədir ki, Allah (yaradılış aləmində hər növ qələbəyə qadirdir,)gecəni (hər yeri bürüməsi üçün)gündüzə daxil və qalib edir və (hər yerin işıqlı olması üçün) gündüzü gecəyə qalib edir (və ya bir fəsildə gecənin bir hissəsini gündüzə, digər bir fəsildə isə gündüzün bir hissəsini gecəyə daxil edir)”. (“Həcc” 61).

Həyatın dalğalı dənizi tufanlar və təlatümlərlə dolu olar. Xoşagəlməz hadisələr insanın irəli getməsinə mane olur və insan əgər səbirli və tədbirli olarsa, gəmisini irəli apara bilər və bu uca dalğaları yara bilər. Öz elm və biliyi ilə bu çətinliklərlə mübarizə apara bilər. Bu enişlər və yoxuşlar sayəsində dünyanı imtahan dünyası adlandırırlar.

Allah Təala Qurani-Kərimdə buyurur: “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. (“Bəqərə” 155).

Fironun həyat yoldaşı Asya Allaha belə dua edir: “Allahım, Sənin qonşuluğunda hücrə istəyirəm ki, dostun hücrəsinin yanında olmaq çox gözəldir”.

Bəli, gözəldir, ancaq dəyəri çox bahadır. Asyaya dörd mıx vururlar və gözünün içinə də bir dəmir mıx vururlar. O, bu halda olmasına baxmayaraq, razı və sevincli idi.

Güclü insanlar o kəslərdir ki, əziyyət beşiyində böyüyüblər. Onlar həyatın müxtəlif müsibətləri qarşısında müqavimət göstərər və qalib gələrlər. Lakin o insanlar ki, nemət beşiyində yetişiblər, soyuq bir mehin əsməsi ilə yerlərindən qoparlar.

Müsibət olmasa, bəşər təkamül edə bilməz. Çətinlik olmalıdır ki, insan hərəkət etsin və irəliyə doğru can atsın. Həzrət Peyğəmbər (s) buyurur: “Behişt çətinliklər və acılıqlara bürünmüşdür”.

O kəs ki, müsibətlərə dözə bilmir, Məhbubu ilə görüşmək ümidində olmasın. Çünki hər bir gülün kənarında bir tikan olar.

İmam Əli (ə) buyurur: “Əgər məndən soruşsalar ki, bu cismi şücaətiniz və ruhi qüdrətiniz nədəndir, halbuki gündəlik yeməyiniz arpa çörəyi, duz və sirkədir, mən cavabında belə deyərdin:

“O səhra ağacları ki, yandıran günəş və yüzlərlə acı amillərlə mübarizə aparır, arxda böyüyən ağaclar və bitkilərdən daha möhkəm və daha davamlıdırlar””.

O ağaclar ki, bol suda yetişər və böyüyər – müsibət və əziyyətə adət etməmişdir. Halbuki, səhra bitkiləri və ağacları çətinliklər içində böyümüşdülər və onların müəllimi yandıran küləklər və qaynar günəş şüalarıdır.

Suzuzluqdan əziyyət çəkir və təslim olmurlar. Onlar möhkəm və güclüdürlər. İradəli insanlar da bu səhra ağaclarına bənzəyirlər və onlar da bu ağaclar kimi əziyyət və müsibət görərək böyüyüblər. Ona görə də bu ağaclar kimi möhkəm və güclüdürlər.

Beləliklə deyə bilərik ki, hər bir bəla və müsibət insanı yetişdirər və tərbiyə edər. Hər birimiz bu həqiqəti qəbul etməliyik ki, bir müsibət hər nə qədər acı olursa-olsun, daxilində mütləq bir xoşbəxtlik gizlənmişdir. Bu xoşbəxtlik isə bizi daha mətin və daha səbirli edər. Əgər bu mərhələdə razı olsaq və səbir etsək, İlahi qürb kimi bir xoşbəxtlik nəsibimiz olar.

Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930