Mələk insan cildinə daxil ola bilirmi?
Müəllif: admin1
Tarix: 3-06-2021, 12:09
Mələk insan cildinə daxil ola bilirmi?
“Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir”. (“Şura” 51).

Həzrət Peyğəmbərə (s) nazil olan vəhy üç cür nazil olardı:

1. Allah Peyğəmbəri (s) ilə vasitəsiz danışar və vəhy edərdi. Bu hal bəzən oyaq vaxtı olardı, bəzən də yatan zaman.

2. Pərdə arxasından olan vəhy. Bu cür vəhydə Həzrət Peyğəmbər (s) Cəbrayil (ə) olmadan Allahla söhbət edərdi.

Ancaq Allahın kəlamı xüsusi yerdən eşidilərdi. Necə ki, Allah Təala yanar ağacla Həzrət Musa (ə) ilə danışmışdı.

3. Cəbrayil (ə) vasitəsilə vəhy nazil olardı. Bu vəhyin özü də bir neçə cür həyata keçərdi:

a) Bəzən Peyğəmbər (s) bu mələyin səsini eşidərdi, özünü görməzdi.

b) Bəzən Cəbrayil (ə) vəhyi Peyğəmbərin (s) qəlbinə nazil edərdi.

c) Bəzən də Peyğəmbər (s) Cəbrayili (ə) həqiqi simasında müşahidə edərdi. Bu hal iki dəfədən çox olmamışdır. Bir dəfə Həra dağında olmuşdur və bir dəfə də Peyğəmbər (s) Cəbrayildən (ə) xahiş etmişdi ki, öz həqiqi simasında ona görünsün.

4. Bəzən də Cəbrayil (ə) gözəl insan simasında zahir olardı. Çox zaman da Dəhiyə Kələbinin simasında olardı.

Bəs bu Dəhiyə Kələbi kimdir?

O, ərəblərin ən gözəl simalı insanlarından idi və Cəbrayil (ə) insan surətində nazil olan zaman, çox vaxt bu şəxsin simasında zahir olurdu.

O, Peyğəmbərin (s) məşhur səhabələrindən olmuşdur. Peyğəmbər (s) onu bir elçi kimi Roma padşahı Herqelin yanına göndərmişdir. O, Ühüd və başqa müharibələrdə iştirak etmişdir.

Quranda bir neçə ayə vardır ki, mələklərin insan simasında zahir olmasına işarə edir.

Həzrət Məryəmə (s.ə) insan cildinə zahir olur. “Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü”. (“Məryəm” 17).

Mələklər İbrahimə (ə) İsmayili (ə) və İshaqı müjdə verən zaman insan cildində gəlmişdilər.

Beləliklə deyə bilərik ki, Cəbrayilin (ə) insan cildində zahir olması həqiqətdir və Quranın bir neçə ayəsi buna şahidlik edir.

Məlumat üçün qeyd edək ki, nəinki mələklər, İblis (lən) də azı 1 dəfə insan cildinə girmişdi. Belə ki, Bədr döyüşündə bu məlun, müşriklərdən olan Səraqə ibn Malikin cildində Qureyşə zahir olmuş və vəsvəsə etmişdi.


Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930