İmam Hüseynın məzarını tarix boyu dağıdanların sonu
Mьəllif: admin1
Tarix: 21-08-2022, 10:22
İmam Hüseynın məzarını tarix boyu dağıdanların sonu
Tarix boyu bu müqəddəs hərəmə edilən hücumların və onları həyata keçirənlərin tarixi digər tərəfdən imam Hüseynin (ə) ürəklərdə daima yaşanması bunu göstərir ki, Allahın nurunu söndürmək və onunla mübarizə aparmaq mümkün deyil.

İmam Hüseynin (ə) məzarının olduğu ziyarətgahın Səddam Hüseynin ordusu tərəfindən top atəşinə tutulmasından 25 ildən artıqdır. 1991-ci ilin mart ayının birində İraqda Səddam Hüseyn və Bəəs rejiminə qarşı baş qaldıran Şəbaniyyə qiyamı Kərbəlada da əhalinin üsyanına səbəb olmuşdu.

O zaman Səddam Hüseynin yaxın silahdaşlarından biri Hüseyn Kamil əl-Məcidin başçılıq etdiyi qvardiya Kərbəlaya daxil olduqdan sonra xalqa divan tutmağa başlayıb.

İmam Hüseynin (ə) ziyarətgahına sığınan etirazçılara divan tutmaq niyyətinə düşən Hüseyn Kamil ziyarətgahın həmçinin həzrət Əbul-Fəzl Abbasın hərəminin həyətini gümbəzini ön qapısını toplardan və qumbara atanlardan hədəfə alır.

O zaman Səddamın cəlladı Hüseyn Kamilin ziyarətgaha hücumla bağlı dediyi bu söz hələ də iraqlıların dilindədir: “Ey Hüseyn! Sənin də mənim də, Hər ikimizin adı Hüseyndir. Mənlə fərqin nədədir.”

Məlumata görə, dörd il sonra əlacsız xəstəlikdən əziyyət çəkən Hüseyn Kamil İmam Hüseynin (ə) hərəminə gələrək, peşman olduğunu bildirib.

Tarix boyu İmam Hüseynin (ə) məzarını dağıtmağa cürət edənlər Hüseyn Kamillə bitməyib. Onlar nə qədər çox və qüdrətli olsalar da tarixdə yalnız zülmləri və lənətləri ilə qalıblar. İmam Hüseyn (ə) isə milyardan artıq insanın mübarizə, şücaət və azadlıq rəmzinə çevrilib. Bu gün İmam Hüseyn (ə) məzarı dünyada ən çox ziyarət edilən şəxsdir. Amma Yezidlərin, Mütəvəkkillər və digərlərinin məzarının məkanı heç məlum deyildir.

Tarix boyu İmam Hüseynin (ə) məqbərəsi bu şəxslər tərəfindən dağıdılıb:

1- Abbasi xəlifəsi Mənsur İmam Hüseynin (ə) məqbərəsini dağıdan ilk şəxsdir. O 65-ci ildə Muxtar Səqəfi tərəfindən qaldırılan kiçik məqbərəni yerlə yeksan edir. Məqbərənin ilk dəfə dağıdılması hicri-qəməri tarixinin 146-cı ilinə təsadüf edir. (İmam Hüseynin (ə) qəbri üzərində ilk dəfə Bəni-Əsəd qəbiləsi kiçik bir türbə inşa ediblər. Hicrətin 61-i)

2- İkinci dağıntı 193-cü ildə Harun ər-Rəşid tərəfindən həyata keçirildi. O İmam Hüseynin (ə) hz Əbul-Fəzl Abbasın (ə) məqbərəsi və ətrafda olan evləri də dağıdır və yerini şumlayır. Hətta İmamın qəbri yaxınlığında olan ağacı belə məzarın yeri itsin deyə kəsdirir.

3- Mütəvəkkil Abbasi 233, 236, 237, 247-ci illərdə yəni 4 dəfə İmamın (ə) məzarını dağıdır və imamsevərlərə məzarı ziyarət etməyi qadağan edir.

4- 269-cu ildə Eynut-Tamr şəhərinin valisi Dibbat Əsədi Kərbəlaya hücum edir. Ziyarətgahı çapıb, talayır və zəvvarları əsir götürüb, satır.

5- Hicrətin 858-ci ilində Əhvazda hökmranlıq edən Muşaşain dövlətinin şahzadəsi Əli bin Fəllah Kərbəlaya hücum zamanı ziyarətgahı çapıb, talayır və imamın məzarı olan yeri öz əsgərlərinə mətbəx edir.

6- Hicrətin 1216-cı ilində (1801 miladi) Səud Əbdüləzizin başçılığı ilə vəhhabilərin kərbəlaya hücumu, ziyarəgahın tamamilə qarət edilməsi, bir hissəsinin dağıdılması və minə yaxın Kərbəla əhalisinin şəhid edilməsi ilə nəticələnir. Vəhhabilərin Kərbəlaya ara sıra hücumlar düz 12 il davam edir.

7- 1258-ci İldə Osmanlı İmperiyasının nümayəndəsi Nəcib Paşanın Kərbəlaya hücuma zamanı da ziyarətgah xəsarət alıb.

8- 1991 Səddam Hüseynin Milli Qvardiyasının Kərbəlaya girməsi və İmam Hüseynlə (ə) hz Əbul-Fəzl Abbasın (ə) məzarını top atəşinə tutması.

9-Son 10 ildə təkfirçi vəhhabi ideologiyasına malik olan İŞİD terrorçuları da dəfələrlə İmamın (ə) məzarını partlatmaq istəsələr də buna nail ola bilməyiblər.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930