Həzrət Zəhranın (s.ə) vilayət yolunda fədakarlığı
Mьəllif: admin1
Tarix: 26-12-2022, 10:37
Həzrət Zəhranın (s.ə) vilayət yolunda fədakarlığı
Həzrət Zəhranın (s.ə) ibadətini dostu da, düşməni də etiraf edir. Həsən Bəsri yazır: “İslam ümməti arasında heç kəs Fatimə (s.ə) kimi ibadət etməmişdir. O, bu sahədə o qədər irəli getmişdi ki, mübarək ayaqları şişərdi”.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman o ibadət mehrabında zahir olardı və Allah dərgahında qərar tutardı, nuru səma mələklərinə parlayardı, necə ki, göydəki ulduzların nuru yer əhlinə parlayır.

Bu halda Allah mələklərə buyurur: “Ey Mənim mələklərim! Qadınların və kənizlərimin sərvəri olan Fatiməyə (s.ə) baxın, qarşımda necə ibadətə dayanmışdır. Mənim qorxumdan titrəyir və necə mənəvi ruh və qəlb hüzuru ilə Mənə pərəstiş edir. Mən sizi şahid tuturam ki, onun həqiqi davamçılarını atəşdə yandırmayacağam”.

Xanımın (s.ə) zahidliyini İmam Əli (ə) ilə evlənən zaman görmək olur. O, Peyğəmbərin (s) qızı idi və çox sayda zəngin insanlar onunla evlənmək istəyirdi. O, razı olmadı və iqtisadi cəhətdən varlı olmayan olan Əli (ə) ilə evlənməyi qəbul etdi.

Xanım (s.ə) öz nəzərini atasına belə bildirdi: “Əlidən (ə) başqasına getmərəm”. Xanım İmam Əlini (ə) seçərək, bəşərə zahidlik dərsi verir və bildirir ki, məhz insani fəzilətlərinə görə onunla ailə qurur və dünyapərəstlərdən deyildir.

O zaman ki, təzə müsəlman olanlara yemək vermək istəyirlər, yemək tapmırlar. Salman Həzrət Zəhranın (s.ə) qapısına gəlir və Xanım (s.ə) buyurur: “Salman! Üç gündür ki, mən də, övladlarım da acdırlar.

Evimizdə heç nə yoxdur. Ancaq xeyiri özümdən qaytarmaram. Gəl bu çadranı götür və yəhudi Şəmunun evinə get. Mənim sözümü ona çatdır və de ki, bu çadra Fatimənindir (s.ə). O, deyir ki, onun qarşılığında 3 kiloqram xurma və 3 kiloqram arpa versin”.

Salman deyir: “Mən çadranı Şəmuna verdim və Fatimənin (s.ə) sözünü ona çatdırdım. Şəmun çadranı gördü və gözləri yaşla doldu. Dedi: “Ey Salman! Bu çadra – Fatimənin (s.ə) dünyadakı zahidliyinin nişanəsidir.

Bu din – həmin o dindir ki, Musa (ə) Tövratda bizə xəbər vermişdir”. Sonra kəlmeyi-şəhadətləri dedi və iman gətirdi”.

Bizim bu böyük şəxsiyyətdən öyrənməli olduğumuz ilk dərs – onun Zəmanə İmamını (ə) himayə etməsidir. Xanım (s.ə) öz mübarək kəlamlarında hamımıza öyrədir ki, vilayət yolunda hər şeyindən keçmək lazımdır.

Bu cihadda qadınla kişi arasında fərq yoxdur. O zaman ki, Əlini (ə) zorla evindən çıxardırlar, Xanım (s.ə) gəlir və buyurur: “Allaha and olsun ki, mənim əmim oğlunu zalımcasına məscidə tərəf çəkməyinizə icazə verməyəcəyəm. Vay olsun sizə! Nə tez Allaha və Rəsuluna (s) xəyanət etdiniz?!

Onun ailəsinə zülm etdiniz. Halbuki, Allahın Rəsulu (s) sizə bizim ardıcılımız olmağı və dostumuz olmağı tövsiyə etmişdi. Buyurmuşdu ki, Əhli-Beytinə (ə) itaət edəsiniz”.

Xanımdan (s.ə) öyrənməli olduğumuz başqa bir dərs budur ki, İmama niyə və nə üçün demədən itaət edərdi. İmam Əli (ə) ona evə qayıtmasını əmr edəndə, o, itaət edir və geri qayıdır.

Salmana deyir: “Əgər belədirsə, gedirəm və səbir edirəm, sözünə qulaq asıram və ona itaət edirəm”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930