Həzrət Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə) haqqında buyurduqlarından
Mьəllif: admin1
Tarix: 13-12-2022, 10:39
Həzrət Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə) haqqında buyurduqlarından
Həzrət Məhəmmədin (s) qızı Həzrət xanım Fatimeyi Zəhra (s.ə) haqqında buyurduqlarından bir qismini oxucularımıza təqdim edirik:

“Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.”[1]

“Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.”[2]

“Qızım Fatimə dünya xanımlarının xanımıdır.”[3]

“Fatimə Cənnət xanımlarının xanımıdır.”[4]

“Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır.”[5]

Allahın Peyğəmbəri (s) Həzrət Fatiməyə (s.ə) buyurub: “Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.”[6]

________________________________

[1] Biharul-Ənvar, c.43, səh.23, hədis 17

[2] Əmali-Səduq, səh.394, hədis 18

[3] Biharul-Ənvar, 43, səh.22, hədis 13

[4] Musnəd əhməd ibn Hənbəl, c.3,səh.80

[5] Nurus-Səqəleyn, c.1, səh.338, hədis 135

[6] Kənzul-Ummal, hədis 37725


(www.ahliman.info)
Oxşar xəbərlər
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031