Bir rəvayatə görə Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günüdür
Mьəllif: admin1
Tarix: 27-12-2022, 10:49
Bir rəvayatə görə Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günüdür
Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir.

Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür.

Bu günlərə "Fatiməyi-əvvəl" deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür.

Həzrət Zəhra (s.ə) – həmin həqiqətdir ki, Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) onun haqqında nə qədər danışsalar da, yenə də biz insanlar üçün gizlidir.

İmam Sadiq (ə) Qədr gecəsini dərk etmək haqqında buyurur: “Ləylətul - Fatimədir, Qədr isə Allahdır. Ona görə də hər kim Fatimənin (s.ə) həqiqətini tanımaq tofiqinə nail olarsa, şübhəsiz ki, Qədr gecəsini də dərk etmiş olar”.

Bəli, Qədr gecəsinin tək həqiqəti - Həzrəti Zəhradır (s.ə). Bu, Fatimədir (s.ə) ki, on bir Kəlamullahın zühuruna səbəb olmuşdur.

Xanımın (s.ə) fəziləti haqqında təkcə o bəsdir ki, Həzrət Peyğəmbər (s) onu elə mədh etmişdir ki, dünyada olan heç bir qadını belə mədh etməmişdir.

Hətta öz həyat yoldaşları və başqa qızları haqqında da bu sözləri deməmişdi. Onu bədəninin parçası, gözünün nuru və ürəyinin meyvəsi adlandırmışdır.

Nəql edilir ki, bir gün əziz Peyğəmbər (s) evindən bayıra çıxır və qızı Fatimənin (s.ə) əlindən tutmuşdu.

O, bu halda buyurdu: “Hər kim onu tanıyırsa, tanıyır, hər kim tanımırsa, bilsin ki, Fatimə (s.ə) Muhəmmədin (s) qızıdır. O, mənim bədənimin parçasıdır.

O, mənim qəlbimdir ki, iki böyrümün arasında yerləşir. Hər kim ona əziyyət verərsə, mənə əziyyət vermiş olar. Hər kim mənə əziyyət verərsə, Allaha əziyyət vermişdir”.


Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) - bədənimin bir parçasıdır. Hər kim onu qəzəbləndirər məni qəzəbləndirmiş olar”.

Əziz Peyğəmbərdən (s) gələn başqa bir hədisdə oxuyuruq: “Allah Fatimənin (s.ə) nurundan göyü və yeri yaratdı. Ona görə də yer və göy qızım Fatimənin (s.ə) nurundandır. Qızımın nuru isə Allahın nurundandır. Qızım Fatimə (s.ə) yer və göydən daha üstündür”.

Həzrət Rəsulallah (s) buyurur: “Mənim zamanımda ən üstün kişi - Əlidir (ə), əvvəlinci və axırıncı üstün qadın isə Fatimədir (s.ə)”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bütün yaxşılıqlar və əxlaq fəzilətləri mücəssəm olsa, layiqlidir ki, Fatimə (s.ə) olsun. Bəlkə Fatimə (s.ə) bunların hamısından daha ucadır”.

Bütün bu hədislərdən göründüyü kimi, Həzrət Zəhra (s.ə) - ən üstün bir xanımdır. Heç kəs fəzilət və məqam ucalığı baxımından Xanıma (s.ə) çata bilməz.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930