Əzabi-əzim ilə əzab-əlim arasında nə fərq vardır?
Mьəllif: admin1
Tarix: 11-11-2018, 22:54
Əzabi-əzim ilə əzab-əlim arasında nə fərq vardır?

Dinin ən mühüm üsullarından biri məaddır. Yəni, bu dünyadan sonra başqa bir dünyanın olmasına etiqad bəsləmək, behiştin və cəhənnəmin olmasına inanmaq – dinin mühüm köklərindəndir.

Ona görə də əgər bu dünyada yaxşı əməl sahibi olsaq, axirətimiz yaxşı olar. Ancaq əgər pis əməl sahibi olsaq, o zaman bizi ağrılı əzab və atəş gözləyər.

Quranda cəhənnəm əhlinə verilən əzablar müxtəlif cür bəyan edilmişdir. O cümlədən: əzim, əlim, şiddətli. Hər biri də əzabın şiddət dərəcəsinə işarə edər. Bu əzablar günahkarın halından asılıdır, bəzi günahlar əlim əzaba və bəziləri isə daha şiddətlisinə layiqdir.

“Əlim” sözü “ləzzət” sözünün əks mənasıdır və bu söz Quranda 80 dəfə işlənmişdir. Ümumi olaraq demək olar ki, əzablar bəzən ağrılıdır, əzabi-əlim kimi, bəzən də məzəmmətdən ibarətdir, alçaldıcı əzab kimi bəyan edilmişdir. Əlim əzablara şallaq vurmağı, bədən işgəncələrini misal göstərmək olar.

Bəzən də əzab əzimdir, başqalarının yanında cəzalandırılmaq kimi. Bəzən də təsiri insan varlığında çox dərindir və uzun müddət qalıcı olar, şiddətli əzab kimi. Bura uzunmüddətli zindanları daxil etmək olar.

Quranın bir çox ayələrində zalımların cəzası əlim əzabı ilə gəlmişdir. Bu əzab zülm günahının ağırlığına görədir.

Bu dediyimiz əzablardan başqa baqun əzabı vardır ki, daha qalıcı və əbədidir. Yəni, cəhənnəmdə qalıcı olanların əzabı. İmam Sadiq (ə) bu əzabla bağlı buyurur:

“Həqiqətən cəhənnəm əhli atəşdə həmişəlik qalacaqlar. Çünki onların dünyada niyyətləri belə idi ki, əgər dünyada həmişəlik qalsalar, Allaha itaətsizlik etsinlər. Behişt əhli də behiştdə əbədi qalarlar.

Çünki dünyada niyyətləri bu idi ki, əgər dünyada həmişəlik qalsalar Allaha itaət etsinlər. Ona görə də niyyət və qəsdə görədir ki, behiştlilər və cəhənəm əhli həmişə orada qalırlar”.

Beləliklə deyə bilərik ki, cəhənnəm əzabları günahkarın əməlinin səviyyəsinə görə yerinə yetirilər. Əlim əzab – ağrılı əzablardır ki, insanları bədən işgəncələri şəklində cəzalandırırlar.

Əzim əzablar isə məzəmmətedici əzablardır. İnsanları cəm içində xar edir və əziyyət verirlər.
(İslami saytlara istinadən)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930