Dünya imam Mehdinin (ə.f) zühurundan sonra
Mьəllif: admin1
Tarix: 4-05-2022, 11:20
Dünya imam Mehdinin (ə.f) zühurundan sonra
Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimin sonuncusunun içində Mehdi qiyam edəcək. Allah ona yağış əta edəcək, yer otunu bitirəcək, malı tam və kamil şəkildə verəcək, heyvan və dördayaqlılar artacaq və ümmət başıuca və əzəmətli olacaq.”[1]

İmam Səccad (ə) buyurur: “Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.”[2]

İmam Baqir (ə) buyurur: “Qaim qiyam edəndə hər bir kinli düşmənə imanı təqdim edəcək. Əgər (həmin düşmən) səmimi qəlbdən iman gətirməsə boynu vurulacaq və ya bu günkü zimmə əhli (qeyri-müsəlmanlar) kimi cizyə (vergi) verəcək. Və həmin şəxslərin belinə qayış bağlayacaq və onları şəhərlərdən ətrafa və kəndlərə köçürəcəkdir.”[3]


[1] Kənzul-Ummal, hədis 38700

[2] Mişkatul-ənvar, səh.79

[3] əl-Kafi, c.8, səh.227, hədis 288
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930