Həyat yoldaşına əziyyət haqda məsumlardan bir neçə hədis
Mьəllif: admin1
Tarix: 27-03-2021, 22:16
Həyat yoldaşına əziyyət haqda məsumlardan bir neçə hədis
Həzrət Peyğəmbər (s) buyurur: Dili ilə ərini incidən qadını əri bağışlamasa, onun tövbəsi, fidyəsi, xeyir əməli qəbul olmaz.

Ərini incidən qadın gündüzləri oruc tutub, gecələr ibadətə məşğul olsa, qulları azad etsə, Allah yolunda cihada yaxşı atlar bağışlasa belə, cəhənnəm oduna birinci daxil olar.

Qadınına zülm edən kişinin də aqibəti belədir. İmam Baqir (ə) buyurur: Allah-Taala həm kişilər, həm də qadınlara cihadı vacib edib. Amma kişilərin cihadı mal və canını din və vətən yolunda vermək, qadınların cihadı həyat çətinlikləri qarşısında əri ilə səbirli davranmaqdır.

İmam Baqir (ə) ondan ərin haqqı barədə soruşan qadına belə cavab verdi: Ərinə tabe olsun, itaətsizlik göstərməsin, ərindən icazəsiz sədəqə verməsin, müstəhəb oruc tutmasın, intim münasibətlərdə ərinə yox deməsin, ərinin icazəsi olmadan evdən bayıra çıxmasın.

Əgər qadın ərindən icazəsiz evdən çıxsa yerin-göyün mələkləri, qəzəb və rəhmət mələkləri evə qayıdana qədər ona lənət yağdırar.

Həzrət Peyğəmbər (s) buyurur: Günahı olmadan, haqqı çatmadan qadını vuran kişi ilə Qiyamət Günü düşmənəm... Qadınlarınızın pak qalması üçün biganə qadınları görəndə göz yumun... Çalışıb ailəsinə ruzi gətirən kişiyə Allah xərclədiyi hər dirhəm müqabilində yetmiş qat artıq əta edər...
HaqqYolu
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031