MÜSİBƏTLƏR İÇƏRİSİNDƏ GÖZƏLLİK GÖRƏN ƏLİ (ə) QIZI
Müəllif: Admin
Tarix: 6-09-2020, 12:26
MÜSİBƏTLƏR İÇƏRİSİNDƏ GÖZƏLLİK GÖRƏN ƏLİ (ə) QIZI
Zeynəbi-Kübra matəmdə olan ilk şəxssən ki, ilahi vəzifəni layiqincə yerinə yetirərək, bəşəriyyətə müsibətlər içərisində gözəllik tapmaq amalını həkk elədin tarix səhifələrinə...

Xanım Zeynəb (s.ə.) həyatının bütün mərhələlərində öz vəzifəsi ilə tanış idi. Süküt edilməli yerdə süküt edərdi, danışılası yerdə sankı atası Əli (ə) tək danışardı. İnsan xanımın dözdüyü dəhşətlərə tab gətirə bilməyib ağlını itirərdi. Lakin Xanım (s.ə.) bu dəhşətlərə səbrlə yanaşdı.

Xanım Zeynəb (s.ə.) - o xanım idi ki, anası Zəhranın sınmış qabırğalarının şahidi olmuşdur. Sonra onun bu dünyadan ümmətindən necə küskün halda şəhidə olaraq getdiyini görmüşdür. O,xanım idi ki, kiçik yaşlarında anasını qəbir evinə özü yola salmışdı...

Xanım Zeynəb (s.ə.) - o xanım idi ki, Fədək bağının qəsbinin şahidi olmuşdur. O Xanım (s.ə.) idi ki, Peyğəmbər (s) canişini olan atası Əlinin (ə) zəhərli qılıncın sayəsində dünyadan şəhid olaraq ayrıldığının şahidi olmuşdur.

Xanım Zeynəb (s.ə.) qardaşı Həsənin (ə) dövrünün zülmlərini görmüş və qardaşının zəhərlənməsinin şahidi olmuşdur. Xanım Zeynəb (s.ə.) idi ki, qardaşı Abbası susuz, qolsuz cənnətə yola salmışdır. Xanım Zeynəb (s.ə.) idi ki, Əli Əkbərini, Əli Əsğərini Kərbala qiyamında itirmişdir. Xanım Zeynəb (s.ə.) idi can parəsi balaca Rüqəyyəni öz əllərində Allaha təhvil vermişdir.

Bəli, bu faciələrə heç kim tab gətirə bilməzdi. Lakin Xanım (s.ə.) səbir etdi. Bu səbrin səbəbi o idi ki, Zeynəb – Əli (ə) qızı idi. O Əlinin ki, Allah ona Zülfiqarı ən çətin anında nəsib etmişdi.

Bu səbrin səbəbi idi ki, Zeynəb - Zəhra (s.ə.) balası idi. O Zəhranın (s.ə.) ki, “Fədək” ondan alınanda Peyğəmbərə (s) şikayət etsəydi, bütün Bəni-Üməyyə bəlaya gələcəkdi.

Bəli bir faciə də o idi ki, Zeynəb (s.ə.) həm atasız, həm anasız ata evindən çıxıb gəlin olmuşdur.

Xanım Zeynəb (s.ə.) idi ki, Kufə camaatının ikiüzlüyünün, xəyanətinin qarşısında özünü əymərək öz əzasını saxladı.

Zeynəb (s.ə.) həmin ailənin qızı idi ki, “Həl-Əta” onların şəninə nazil olmuşdur.

Zeynəb (s.ə.) - o Əli (ə) qızı idi ki, müsibətlər içində gözəllik görürdü.

Zeynəb (s.ə.) - o Əli (ə) qızı idi ki, dünyaya bir gözəllik dərsi verdi.

Allahın salamı Zeynəbi-Kübraya və Zeynəbdən dərs götürmək istəyənlərə olsun.


(Yeganə Kərimova «Dəyərlər»)
Oxşar xəbərlər
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031