Quran ayələrinə əsasən, başqa planetlərdə yaşayış vardırmı?
Mьəllif: admin1
Tarix: 10-09-2021, 22:58
Quran ayələrinə əsasən, başqa planetlərdə yaşayış vardırmı?
Bəzi Quran ayələrindən başa düşmək olur ki, başqa kainatlarda həyat vardır. Orada da canlı varlıqlar yaşayırlar.

Allah Təala buyurur: “Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə(Qiyamətdə) onları bir yerə toplamağa qadirdir”. (“Şura” 29).

Bu ayədən belə başa düşülür ki, başqa səmalarda və kainatlarda da canlı varlıqlar yaşayırlar.

Allah Təala başqa bir ayədə buyurur: “Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd Yer kürəsi, yaxud yerin yeddi təbəqəsi və yaxud Yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır”. (“Təlaq” 12).

Təfsirçilərin nəzərinə görə, bu ayə müxtəlif 7 Yer kürəsi haqqında bəhs etmişdir. Ona görə də alimlər deyir ki, Yer kürəsinə bənzəyən başqa planetlər də mövcuddur ki, Günəşin ətrafına fırlanır. Onlarda da həyat və yaşayış vardır.

Qurani-Kərimin başqa ayəsində oxuyuruq: “Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir”. (“İsra” 55).

Bəzi hədislərə əsasən başqa planetlərdə də canlı varlıqlar yaşayırlar. Belə ki, İmam Baqir (ə) buyurur: “Sizin bu Ayın arxasında 40 başqa Ay da vardır ki, hər bir Aydan başqa Aya olan məsafə 40 gün fasilədir. Orada çoxlu varlıqlar vardır ki, bilmirlər Allah Adəmi (ə) yaratmışdır, yoxsa yaratmamışdır”.

Bundan başqa, hədislərin bir çoxunda oxuyuruq ki, minlərlə bu cür aləm mövcuddur. Orada tək və ya tək olmayan çox sayda varlıq yaşayır.

Ancaq hal-hazırda insanların əli onlara çatmır. Ola bilsin ki, gələcəkdə bu kainatlar kəfş edilsin və yaşamaq üçün yararlı belə olsun. (İslami saytlara istinadən)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031