Əllamə Təbatəbainin 40 illik əhdi nə idi?
Mьəllif: admin1
Tarix: 22-02-2022, 10:47
Əllamə Təbatəbainin 40 illik əhdi nə idi?
Höccətül-İslam Məhəmməd Fazil Təbrizi deyir ki, bir dəfə yaxın dostların birinin evində Əllamə Təbatəbai ilə görüş mənə də, nəsib oldu. O, gecə bizə dedi ki, səhər sübh namazından sonra “Şahqulu” məntəqəsinə (Təbrizin səfalı guşələrindən biri) getmək fikrindədir.

Biz də, bu təkliflə razılaşandan sonra səhər maşınla ora getməli olduq. Yolda o, cibindən balaca kitabça formasında olan Quranı çıxarıb, belə dedi: “Mən Allahla əhd bağlamışam ki, hər gün Qurandan bir cüz oxumalıyam və hal-hazırda ona 40 ildir ki, əməl edirəm. Dünən gecə oxuya bilmədiyim üçün gərək indi oxuyam.

Beləcə, hər ay bütöv bir Quran xətm olur və hər ayın əvvəlindən yenidən başlayıram. Bunu hər dəfə də, hiss edirəm ki, ötən dəfə oxuduğumla yeni oxuduqlarım sanki eyni deyildir, hər dəfə yeni məfhum və mövzular mənə aydın olur.

Allahdan istəyirəm mənə uzun ömür versin ki, daim Quran oxuyum, onun dərinliklərindən ilham alım. Siz təsəvvür edə bilməzsiniz ki, mən Quran oxumaqdan nə qədər həzz alıram, faydalanıram…”


www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930