İlahi! Bizim həyatımızı Hüseyn (ə) həyatı, ölümümüzü Hüseyn (ə) ölümü et!
Mьəllif: admin1
Tarix: 6-10-2018, 23:11
İlahi! Bizim həyatımızı Hüseyn (ə) həyatı, ölümümüzü Hüseyn (ə) ölümü et!
İlahi! Bizi bu yola yönəldən Böyük İmamımızı Kərbəla şəhidləri ilə birgə et! Bizim əziz şəhidlərimizi Kərbəla şəhidləri ilə birgə et!

İlahi! Bizim ölümümüzü öz yolunda şəhidlik et!

İlahi! Bu böyük xalqı, bu hüseynçi və aşuraçı xalqı bütün kiçik və böyük düşmənlərinə qalib, onun düşmənlərini məhv, məyus və uğursuz et!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, İslam ümmətini hər yerdə başıuca et, Hüseyn (ə) vəzifəsini onlara öyrət, bu vəzifəni yerinə yetirmək uğurunu onlara əta et!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, dövrümüzün İmamının, zamanın Vəlisinin qəlbini bizdən razı et! Bizi o həzrətin dostlarından və köməkçilərindən et! O həzrəti ziyarət etmək səadətini bizə nəsib et!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, səndən istədiyimiz və istəmədiyimiz xeyirləri bizə bəxş et! Sənə sığındığımız və sığınmadığımız hər bir şərdən bizi qoru!

Ali Lider Ayətullah Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930