Həzrət Əlinin (ə) misilsiz məqamı barədə Ummi Sələmədən sirli çatdırış
Müəllif: admin1
Tarix: 27-10-2021, 11:04
Həzrət Əlinin (ə) misilsiz məqamı barədə Ummi Sələmədən sirli çatdırış

Qurani-Kərim elə bir səma kitabıdır ki, Qiyamət gününə qədər insanın hidayəti üçün lazım olan hər şey onda vardır. Ona görə də bu Kitabı zikr adlandırırlar.

Allah bu müqəddəs Kitabın ayələrini hidayət olmuş bəndələrinin sinəsində qərar verir və onları zikr əhli adlandırır.

“Buna görə də əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun (ki, İslam Peyğəmbərinin göndərilməsinin təəccüblü olmamasını biləsiniz)”. (“Nəhl” 43).

Əmirəl-möminindən (ə) bu ayə haqqında soruşan zaman buyurur: “Allaha and olsun ki, biz – xəbər əhliyik və elm əhliyik və biz (Quranın) təfsir yeriyik”.

Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmi Sələmənin bir atası var idi ki, onu tərbiyə edib boya-başa çatdırmışdı.

Bu insan Əmirəl-möminin (ə) düşmənlərindən idi. Hər namazdan sonra Əmirəl-mömininə (ə) qarşı təhqirlər işlədərdi.

Bir gün Ümmi Sələmə ona deyir: “Atacan! Əlini (ə) nə səbəbə söyürsən?”. Deyir: “Çünki o, Osmanın qatilidir, onun qanında şərikdir”.

Ümmi Sələmə deyir: “Əgər sən mənim böyüyüm olmasaydın və atam olmasaydın, Peyğəmbərin (s) sirlərini sənə deməzdim.

İndi əyləş, Əlidən (ə) gördüklərimi sənə deyim. Əmirəl-möminin (ə) hər gündüz və gecə Peyğəmbərin (s) xidmətinə gəlir və Peyğəmbər (s) onunla xəlvətə çəkilir və hər bir mövzuda Həzrət Əlini (ə) rəmz və sirlərindən agah edir.

Heç bir şeyi o Həzrətdən (ə) gizlətmir. Hətta Peyğəmbərin (s) səhabələrinə aydındır ki, heç kəs Peyğəmbərlə (s) bu cür xüsusi söhbət etmir.

Əgər Əmirəl-möminin (ə) evdə olsa, Həzrət Peyğəmbər (s) onun yanına gedir və ən çox zaman onların yoldaşlığı belədir. Bəzən də Əli ibni Əbutalib (ə) Peyğəmbərin (s) evinə gedir ki, bu zaman Həzrət (ə) xanımlarını hücrədən çıxardır.

Ancaq o zaman ki, söhbətləri Əmirəl-möminin (ə) evində olur – Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) də orada olur. Onlar da sirlərin məhrəmidirlər.

Həzrət Əli (ə) Peyğəmbərə (s) hansı sualı versə, Həzrət Peyğəmbər (s) ona cavab verir. O zaman ki, sualları qurtarır, Peyğəmbər (s) danışmağa başlayır.

Elə bir ayə nazil olmamışdır ki, Peyğəmbər (s) onu Əliyə (ə) oxumamış olsun, o Həzrət də onu imla edir. Peyğəmbər (s) bütün halal, haram, əmr, nəhy əhkamını ona öyrədir.

Bir gün mənim növbəm idi ki, Peyğəmbər (s) mənim yanıma gəlsin. Peyğəmbəri (s) gördüm ki, Həzrət Əli (ə) ilə bir yerdə hücrəyə daxil oldular və əlləri bir-birinin əlində idi.

Peyğəmbər (s) əlini Həzrət Əlinin (ə) çiyninə qoydu və mənə buyurdu: “Ümmi Sələmə, hücrədən bayıra çıx və evi bizim üçün xəlvət et”.

Mən bayıra çıxdım və onlar bir-biri ilə söhbət etməklə məşğul oldular. Yavaş söhbət edirdilər. Mən onların səsini eşidirdim, ancaq sözlərini başa düşmürdüm.

Günorta zamanı gəlib çatırdı və hücrənin qapısının arxasına getdim və salam verdim. Peyğəmbər (s) buyurdu: “Öz yerinə qayıt”. Onlar yenidən söhbət etməyə başladılar və zöhr oldu.

Öz-özümə dedim: “Mənə aid olduğu gün keçdi və Əli (ə) də onu məşğul etd”i. Dedim: “Gedim, yəqin ki, söhbətləri qurtarır”. Getdim və dedim: “Əssəlamu əleykum”. Peyğəmbər (s) yenə əvvəl dediyi sözü təkrar etdi.

Qayıtdım və öz yerimdə əyləşdim. Zöhr zamanı öz-özümə dedim: İndi zöhr namazı üçün çıxarlar. Yenə hücrəyə tərəf yollandım və qapının arxasından salam verdim. Bu dəfə Həzrət Peyğəmbər (s) buyurdu: “Daxil ol”.

Otağa daxil oldum və gördüm ki, Əli (ə) əyləşib və əlini Peyğəmbərin (s) dizinin üstünə qoymuşdur. Həzrət Əli (ə) buyurdu: “Yerinə yetirim?”.

Həzrət Peyğəmbər (s) buyurdu: “Bəli”. Mən daxil olan kimi bu söhbəti kəsdilər. Həzrət Əli (ə) getdi və Peyğəmbər (s) mənə buyurdu: “Ey Ümmi Sələmə! Məndən incimə, Cəbrayil (ə) mənə nazil oldu və dedi: “Əlini (ə) özündən sonrakı işlərdən agah et” və həmçinin Qiyamət günü baş verəcəklərdən Əlini (ə) xəbərdar etməyimi söylədi”.

Peyğəmbər (s) məndən yenə üzr istədi. Buyurdu: “Məndən incimə. Allah hər bir ümmət üçün nəbi və vəsi seçmişdir. Mən bu ümmətin peyğəmbəriyəm. Əli (ə) məndən sonra mənim vəsimdir”. Bunlar mənim Əli (ə) barəsində gördüklərimdir.

İndi ey ata! Onu söylmək istəyirsən, yoxsa söyməyi tərk etmək istəyirsən? Atam tövbə etdi və gecə-gündüz Allahla münacat etdi. Dedi: “Allahım! Məni bağışla ki, Əlinin (ə) haqqında cahil olmuşam!”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930