Həqiqi mömin kimdir ki, Allah onu sevindirmək üçün bu qədər böyük mükafat verir?
Mьəllif: admin1
Tarix: 9-03-2024, 14:08
Həqiqi mömin kimdir ki, Allah onu sevindirmək üçün bu qədər böyük mükafat verir?
Allaha yaxınlaşmaq çətin deyildir. Yaxşı iş görmək də çətin deyildir. Allaha yaxınlaşmağın asan yolları vardır.

Bu, düzdür ki, behiştin öz dəyəri vardır ki, bu da saleh əməldir. Bu yolda variantlar da çoxdur. Bu variantlardan biri - möminin qəlbini şad etməkdir.

Bəli, möminin qəlbini şad etmək bizi behiştə apara bilər. Bu sevinci bir dənə xurma ilə də etmək olar, hacətini yerinə yetirərək də.

İmam Sadiq (ə) buyurur: “Allah Təala Davuda (ə) vəhy edir: “Mənim bəndələrimdən olan bəndə savabla Mənim yanıma gələr, onun vasitəsilə Öz behiştimi ona mübah edərəm”.

Davud (ə) buyurur: “Ey Mənim Pərvərdigarım! Bu savab nədir?”.

Buyurdu: “Mənim mömin bəndəmi şad edər. Baxmayaraq ki, bir dənə xurma ilə olsa belə”.

Davud (ə) buyurdu: “Ey Mənim Pərvərdigarım! Yaxşı olar ki, Səni tanıyanlar Sənə ümid bəsləyib, Sənə ümidvar olsunlar””.

İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) buyurub: “Allah yanında ən sevimli əməl - mömini sevindirməkdir. Aclığını aradan qaldırıb, onu tox etmək kimi, qəmini aradan aparmaq kimi””.

İmam (ə) başqa yerdə buyurur: “Allah mömini qəbrindən çıxaran zaman onun önündə addımlayan başqa bir nəfər oradan çıxar. Nə zaman o mömin Qiyamət gününün dəhşətli səhnələrini görər, bu şəxs deyər: “Qəmgin olma və qorxma. Səni Allah tərəfindən gələn sevinclə müjdələyirəm”.

Davamlı olaraq, ona bu müjdəni verir. Allah hesabını asan edər və əmr edər ki, behiştə getsin. Həmin şəxs də onun qarşısında addımlayar.

Mömin ona deyər: “Allah sənə rəhmət etsin! Necə də yaxşı yoldaşsan və qəbirdən bəri mənimlə bir yerdəsən. Davamlı olaraq mənə Allahın müjdəsini verirsən. Müjdə verdiyin şeyi gördüm. De görüm, sən kimsən?”.

Həmin şəxs deyər: “Mən mömin bəndənin qəlbinə daxil etdiyin sevincəm. Allah məni o şadlıqdan yaratmışdır ki, sənə müjdə verəm””.

İmam Əli (ə) buyurur: “Hər kim mömin qardaşının qəlbinə sevinci daxil edər, həqiqətən biz Əhli-beytə (ə) sevinc daxil etdiyi kimi olar.

Hər kim biz Əhli-beyti (ə) sevindirər, Rəsulallahı (s) şad etmiş olar. Hər kim Rəsulallahı (s) sevindirər, Allahı şad etmiş olar. Hər kim Allahı sevindirər, Allahın üzərində haqqı vardır ki, onu behiştində sakin etsin”.

Həzrət Peyğəmbər (s), möminin üzünə təbəssüm etməyi günahın kəffarəsi hesab edir.

Bəs həqiqi mömin kimdir ki, Allah onu sevindirmək üçün bu qədər böyük mükafat verir? Həqiqi mömin o kəsdir ki, dinində qüvvətli olar, yəqinlə dolu imanı olar, elmə həris olar, fiqhi biliyi olar, mülayim olar, zirək olar, ibadətdə təvazökar olar, yoxsulluğa dözər, müsibətlərə səbir edər, saleh əməl görər.

O, elə bir insandır ki, gününü Allaha şükür edərək, başa vurar. Günə başlayan zaman zikr edər. Sevinclə səhəri açar və qadağan olunmuş şeylərdən çəkinər.

Allah fəzlindən ona çatana sevinər, sevinci uzunmüddətli və davamlıdır. Rəğbəti cavidan şeylərə görədir.

İmam Baqir (ə) buyurur: “Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: “Ya Əli! Sənə bir neçə xüsusiyyəti tövsiyə edirəm. Allahım, ona yardım et ki, onları hifz edə bilsin.

1. Sədaqət, bir kəlmə yalan ağzından çıxmaz.

2. Dindarlıq, heç bir zaman xəyanətə cürət etməz.

3. Allahdan qorxmaq, sanki davamlı olaraq Onu görür.

4. Allah Təalanın qorxusundan çox ağlamaq və hər bir göz yaşı qarşısında behiştdə onun üçün ev inşa edərlər.

5. Allah dini yolunda mal və canından infaq etmək.

6. Namazda, sədəqədə və orucda mənim sünnətimə əməl etmək.

7. Gecə namazı qılanlara eşq olsun.

8. Hər bir halda Quran tilavət edər.

9. Namazda hər iki əlini yuxarı qaldırar.

10. Hər namaz üçün dəstəmaz alan zaman dişlərini fırçalayar.

11. Gözəl əxlaqlı olar və rəzil sifətlərdən uzaq olar.

Əgər belə etməsən, özündən başqasını məzəmmət etmə”.

Bəli, bu cür möminin qəlbini şad etməyin dəyəri behiştdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930