Cəfərin layiq olmayan davranışları
Mьəllif: admin1
Tarix: 22-01-2016, 20:59
Cəfərin layiq olmayan davranışları

Sual: Cəfərin biabırçı əməlləri nə olmuşdur?
Cavab: İmam Hadinin (ə) oğlu Cəfər qardaşı İmam Həsən Əskəri (ə) dünyadan köçdükdən sonra ona layiq olmayan bir sıra işlərə baş qoşdu. Beləliklə, onlardan bəzisinə işarə edirik: 1. Qardaşı İmam Həsən Əskərinin (ə) cənazəsinə namaz qılmaq qəsdi (“Kəmalud-din”, c.2, səh.475). 2. İmam və rəhbərlik iddiası etmək. O, Abbasi xilafətinin vəziri Übeydullah ibn Yəhya ibn Xaqana demişdi: “Qardaşımın məqamını mənə verin, bunun əvəzində sizə ilbəil 20 min dinar məbləğində pul ödəyərəm” (Həmin mənbə, c.2, səh.379). 3. Vərəsəlik iddiası etmək. O, İmamın (ə) malını mənimsəməyə çalışmış və qardaşı Əbu Muhəmmədin oğlunun olmadığını və yeganə varisin özü olduğunu iddia etmişdir. Hökumət də ona qardaşının malına yiyələnmək icazəsi vermişdi (Ətraflı məlumat üçün: “Kafi”, c.1, səh.505). 4. İmam Mehdini (ə.f) ələ keçirtmək üçün hökuməti təhrik etməsi.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031