Namazda nə üçün üzü qibləyə durmalıyıq?
Mьəllif: admin1
Tarix: 28-06-2020, 09:15
Namazda nə üçün üzü qibləyə durmalıyıq?

Sual: Əgər Allah hər yerdədirsə və мəkana sığmırsa, nə üçün namazda üzümüzü qibləyə tutmalıyıq?

Cavab: Naмazın üzüqibləyə qılınması o demək deyil ki, Allahın qiblə istiqamətində məkanı var. Quranda qiblə məsələsi ilə bağlı buyurulur: "Şərq də, qərb də Allahındır. Hansı tərəfə üz tutsanız, Allah oradadır...” ("Bəqərə", 115)

Digər bir ayədə isə belə buyurulur: "Şərq də, qərb də Allahındır.” ("Bəqərə", 142)

Unutmamalıyıq ki, insan maddi bir varlıq olduğundan üzünü hansısa bir istiqamətə tutmağa мəcburdur. Əgər qiblə göstərişi olmasaydı, təbii ki, ibadət zamanı hərə üzünü bir tərəfə tutacaqdı.

Amma İslamda bu məsələ yetərincə həll olunmuşdur. Kəbə evi ən qədiм tövhid mərkəzidir. Bu ev tövhid qəhrəmanı həzrət İbrahim tərəfindən bərpa edilmiş və bütün Peyğəmbərlərin diqqət mərkəzində olmuşdur. Bu tövhid mərkəzinə diqqət Allaha diqqətdir. Belə bir mərkəzə üz tutmuş insan özünü Allah hüzurunda hiss edir.

Bundan əlavə, dünya müsəlmanlarının gün ərzində beş dəfə bu müqəddəs mərkəzə üz tutması vəhdət, birlik nişanəsidir. Vahid qiblə İslami birliyə yardıм göstərir və dünya müsəlmanları eyni bir cəhətə üz tutmaqla İslamın əzəmətini nümayişə qoyurlar.
Ixlas.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930