Duzla müalicə. Təəccüblü faktlar!
Müəllif: Admin
Tarix: 15-11-2017, 10:04
Duzla müalicə. Təəccüblü faktlar!
Adi xörək duzu çox geniş müalicəvi xüsusiyyətlərə malikdir. Xalq təbabətində duz müxtəlf pozulmalar zamanı çox təsirli müalicəvi vasitə kimi uğurla istifadə olunur.
Ənənəvi tibb də duzun müalicəvi xüsusiyyətlərini təsdiq edir.

Qədim zamanlarda duz məhlulu kəskin və xroniki iltihablar, irinli yaralar zamanı istifadə olunurdu. Dahı Hippokrat öz praktikasında duz islatmalarından istifadə edirdi.

Tatınmış rus cərrahı Piroqov müharibə zamanı duz islatmalarını yaraların müalicəsində uğurla istifadə edirdi.

Duz məhlulu ilə islatmalar yaradan mikrobları, toksinləri çıxardır və nəticədə yara tez bir zamanda təmizlənir, iltihab azalır.

Hal hazırda dəniz duzu məhlulu zökəm zamanı geniş istifadə olunur. Dəniz duzu əsasında hazırlanan burun damcıları pediatriyada tətbiq edilir və çox yaxşı müalicəvi effekt verir. Belə damcıların əks-göstərişləri və yanaşı təsirləri yoxdur.

Boğaz iltihabları zamanı duzla qarqaralar çox yaxşı müalicəvi effekt verir. 1 stəkan ilıq suda 1/2 çay qaşığı duz həll edin və gün ərzində bir neçə dəfə bu məhlulla qarqara edin.

Diş və damaqların iltihabları zamanı da bu məhluldan istifadə etmək olar (1/2 ç.q. duz + 1 stəkan su). Məhlulu tez-tez qarqara şəklində istifadə edirlər. Duz iltihabın azalmasına kömək edir.

Duz məhlulu göbələkəleyhinə təsirə malikdir. Bu səbəbdən duzla ayaq vannaları göbələk zamanı yaxşı kömək edə bilər. 1 l su üçün 2 xörək qaşığı duz götürülür. Duz suda həll olunur və ayaq vannaları üçün istifadə olunur. Həmçinin bu sadə vasitə pis ayaq qorusunu yox etməyə kömək edir.

İrinli yaralar, furunkullar zamanı 1 stəkan suda 1 xörək qaşığı duz həll olunur, bu məhlulda bir neçə qat qatlanmış tənzif isladılır və yaraya qoyulur.
Baş ağrıları zamanı 1 stəkan ilıq suda 1 çay qaşığı duz həll edin, məhlulda tənzif isladın və alnınıza qoyub bir qədər uzanın.

Duz kosmetologiyada da çox geniş istifadə olunur. Xörək duzunu yağlı xama ilə qarışdırın və skrab şəklində istifadə edin. Bu skrab dərini yaxşı təmizləyir, daha hamar edir, dərinin rəngini yaxşılaşdırır.

Həftədə 1-2 dəfə dəniz duzu ilə olan vannaları qəbul edin (dəzin duzu olmadıqda, adi xörək duzundan istifadə edin). İıq suya 5 qaşıq duz əlavə edin. Belə vannalar bədən dərisinə çox müsbət təsir edir, qan dövranı yaxşılaşdırır.


Saglamolun.Az
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30